ABŞ və Türkiyə razılaşdı – “Yol xəritəsi” HAZIRLANIR

“YPG Münbicdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək”. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq.

"YPG Münbicdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək". Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, martın 19-da "Yol xəritəsi" müəyyən olunacaq.

Xatırladaq ki, daha əvvəl "Vaşinqton Post" qəzetinin yazdığına görə, Türkiyə ilə ABŞ arasında qurulan ortaq Suriya komissiyası ötən həftə keçirdiyi toplantıda YPG terror təşkilatının Münbiçdən çıxarılmasına dair razılaşma əldə edib.

Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Reks Tillerson arasında 23 fevral tarixində Ankarada baş tutan görüşdə Suriyadakı gərgin vəziyyətə həll yolu tapmaq üçün yaradılan ortaq komissiyanın Vaşinqtonda ilk toplantısı gerçəkləşib. Toplantıda ABŞ tərəfi YPG terrorçuları Münbiçdən çıxararaq Fərat çayının şərqinə doğru göndərməyi qəbul etdiyini bildirib. ABŞ-ın YPG-ni Münbiçdən çıxarması təqdirdə, Ankara-Vaşinqton xəttində artan gərginliyin azalacağı gözlənilir. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31