Gündəm
Elnurdan “Eurovision”a etiraz: “Öz mahnılarımızı yazaq”
Ölkəmizi “Eurovision” yarışmasında iki dəfə təmsil edən Elnur Hüseynov mahnı seçimi ilə bağlı etiraz edib. Məlumatına görə, müğənni müsabiqə üçün əcnəbi bəstəkarlara müraciət olunmasını qınayıb.
Aşıq Əlinin sərvətini efirdə açıqladı - Haradan keçdim, dedilər Əlinindir - VİDEO
Bu gün "10-dan sonra" verilişinin qonağı aşıq Əli və Samirə ilə yanaşı, "Qız atası" serialı ilə Azərbaycan tamaşaçısının daha çox tanımağa başladığı aktyor Teymur Məmmədov da olub. Aktyor aşıq Əlinin torpaq sahələrinin olduğunu canlı yayımda dilə gətirib: "Sənət adamlarının adına obyektlər çıxır. Mən keçən yaz Şamaxı tərəfə getmişdim. Hansı əkindən-biçindən keçdim, dedilər Əlinin torpaqlarıdır".
Dələduzluğa görə axtarışda olan kişi qadını və özünü yandırmaq istədi
Martın 12-də DİN-in "102 Zəng Mərkəz" Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
Xuraman Vəfadan kəskin tənqid - Böyük bir uçurumun kənarındayıq, xalqın əxlaqı korlanır
"Musiqimizə, mahnılarımıza baxsaq görərik ki, böyük bir uçurumun kənarındayıq". Bu barədə bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib şairəXuraman Vəfa bildirib. Onun sözlərinə görə, akademik mahnılar artıq itmək üzrədir: "Xalqın zövgünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var.
Cümhuriyyət dünyaya göstərdi ki...
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Olaylar.az Cümhuriyyət tariximizin 100 illik salnaməsinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovla birgə nəzər saldı.
Avropadakı xəyanətkarlara layiq olduqları cavab!
"Mətbuat Şurası Prezidentin tövsiyyələrinin gerçəkləşdirilməsinə səy göstərəcək"
"Jurnalistlərin 7-ci qurultayının sonunda qurultay adından qətnamə qəbul edildi. Bu qətnamə, Mətbuat Şurasının gələcək fəaliyyəti üçün istiqamətləri müəyyən edir". Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.
Fələstin baş nazirinin korteji yaxınlığında partlayış
Fələstinin baş naziri Rami Həmdullahın korteji Qəzza şəhərinə daxil olarkən partlayış baş verib. Tədbir üçün Qəzzaya gedən baş nazir partlayış zamanı hər hansı bədən xəsarəti almayıb. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə mühafizəçi yaralanıb. Onların vəziyyəti barədə dəqiq məlumat yoxdur.
"Hər bir jurnalistin müraciət edəcəyi bir qurum var"
"Düşünürəm ki, Azərbaycan jurnalistlərinin VII qurultayında bir daha bütün jurnalistlərin təmsil edildiyi bir qurum haqqında ictimaiyyətə, cəmiyyətə məlumat verildi. Göründü ki, hər bir jurnalistin istər sosial, istərsə də mənəvi cəhətdən bir müraciət ediləcək və etmək imkanı qazandığı bir qurum var".
Rasim Balayevin səhhəti pisləşdi
Xalq artisti Rasim Balayevin səhhəti pisləşib. Bu barədə açıqlama verən xalq artisti bildirib ki, havaların dəyişməsi ona pis təsir edib: “Havalar yaxşı idi deyə nazik geyinirdim. Buna görə də soyuqlamışam. Amma mmüalicələrimi davam etdirirəm. Depressiya ilə bağlı da dərmanlar qəbul edirəm. Yəni, hər şeydən bir az var. Özümü yaxşı hiss etmirəm”.
Südünü kişilərə satan gənc qadın: özündən 2 litrə yaxın süd sağır
Kiprdə 24 yaşlı Rafaela Lamprou adlı qadın yeddi ay öncə oğlu Anjelonu dünyaya gətirdikdən sonra artıq qalan südünü bodibildinqlə məşğul olan kişilərə sataraq indiyə qədər 25 min TL (12.5 min manat) pul qazanıb.
"Kurtlar Vadisi"nin Ömər Babası Musiqili Teatrda
"Kurtlar Vadisi"ndən Ömər Baba obrazı ilə tanınan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi”, “Matryoşka” tamaşalarının müəllifi kimi tanınan müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.
Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu
Azərbaycanda Peşəkar Milli Teatrın yaradılmasının 145 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb.
Rəis müavininin tutdurduğu jurnalist buraxıldı
Xəzər TV-nin Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda saxlanılıb. E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.
Hindistanda avtobus qəzası - 11 ölü
Hindistanın şimalındakı Uttarakhand ştatında avtobus dərəyə düşüb. Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 13 nəfər xəsarət alıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.














