Gündəm

Şimali və Cənubi Koreya arasında yeni bir gərginlik yaratmaq cəhdi

13 Mart 2018 15:18

Bu gün informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı özüylə çoxsaylı problemlər də yaradıb. Belə problemlərdən biri də kiberhücumlardır. Günümüzdə kiberhücumlar təkcə ölkələr, dövlətlər səviyyəsində deyil, həmçinin beynəlxalq korparasiyalar, iri konsaltinqlər, şirkətlər səviyyəsində də həyata keçirilir.

Azərbaycanın beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib

13 Mart 2018 15:16

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir.

Valideynləri ayrı yaşayan uşaqların ad və soyadları necə dəyişdirilir?

13 Mart 2018 15:09

Kombayn, Qutabə, İbniş, Variş, Səviyyə, Oktyabr, Nənəş və sair kimi adları eşitdikdə təəccüblənirik, yaxud da qeyri-iradi gülümsəyirik. Eləcə də ad sahibləri adlarının daşıdıqları mənalara görə az xəcalət çəkmirlər. Onların sırasında adlarının mənalarından utandıqları üçün sonradan adlarını dəyişənlərə də rast gəlinir. Ancaq bir sıra hallarda ad və soyadların dəyişdirlməsi zamanı müəyyən anlaşılmazlıq ortaya çıxır. Bəs, ad və soyadların dəyişdirilməsi qanunvericilikdə necə tənzimlənir?

Ermənilərin azərbaycanlılara qarşı tarixdən gələn soyqırım siyasəti

13 Mart 2018 15:04

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı deportasiya və soyqırım siyasəti həyata keçirən, dəyərli vətən övladlarımızı silsilə terror hadisələri ilə aradan götürən ermənilərin daha bir insanlıq əleyhinə cinayətləri XX əsrin əvvəllərində, daha dəqiq desək, 1918-ci ilin mart, aprel aylarından yaşanmışdı. Əslində isə Azərbaycanda dəhşətli soyqırım aktının həyata keçirilməsinin ssenarisi hələ 1917-ci ildə hazırlanmışdı.

Separatizmə dəstək siyasəti

13 Mart 2018 15:01

Zaman-zaman Dağlıq Qarabağ probleminə olan ikili yanaşma, işğala məruz qalanla işğalçını eyniləşdirmək cəhdi, eləcə də bu problemin həllinə olan biganə münasibət bu günlərdə bir daha özünü açıq şəkildə büruzə verir. Söhbət işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın okeanın o tayına səfəri və Birləşmiş Ştatlar Konqresində görüşlər keçirməsindən gedir. Hər nə qədər Vaşinqtondan bu səfər və Konqresdə separatçıların lideri ilə keçirilən görüşə don geydirilməyə, yol verdikləri böyük bir xətanı ört-basdır etməyə cəhdlər olsa da, reallıq ondan ibarətdir ki, Bako Saakyanın okeanın o tayına səfəri və konrqesmenlərlə keçirdiyi görüş bu və digər dərəcədə Vaşinqtonun separatizmə dəstəyinin göstəricisidir və bu Azərbaycan cəmiyyətində ciddi təəssüf hissi yaradır. Elə əksər ekspertlər də məhz bu qənaətdədirlər və Bako Saakyanın Konqresdə görüşünün təşkil edilməsini kəskin şəkildə tənqid edir, bunu Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlıq prinsiplərinə zərbə kimi dəyərləndirirlər.

ABŞ generalı: "Rusiya ilə savaş ssenarisi hazırlayırıq"

13 Mart 2018 15:00

Rusiya ABŞ-ın Avropadakı qüvvələrinin toqquşduğu əsas təhdiddir. Bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kertis Skaparotti söyləyib. Onun sözlərinə görə, Rusiya regional təhlükəsizliyi destabilizasiya etməyə davam edir və II Dünya müharibəsindən sonra Avropada stabilliyi təmin edən beynəlxalq hüquq normalarını pozur: “Bizim strateji prioritetimiz Rusiyanın qarşısını almaq və onun Avropadakı müttəfiqlərimizə neqativ təsirinə mane olmaqdır. Amerikalı hərbçilər Avropa dövlətlərinin Rusiya aqressiyasından qorunması ilə bağlı fərqli variantlar işləyib hazırlayır. Bunlar sırasında Rusiya ilə hərbi qarşıdurma ssenarisi də var. Hərbi qüvvələrimiz hələlik Rusiya təhdidi ilə mübarizə üçün yetərli deyil.

Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb

13 Mart 2018 14:58

İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Özünü yandırmaq istəyən qadın zərərsizləşdirilib

13 Mart 2018 14:55

Martın 12-də DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəlib.

Ötən il Azərbaycan ərazisindən 10 milyon tondan çox yük daşınıb

13 Mart 2018 14:53

“Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır”. Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

ATƏT PA sədri: "Cənubi Qafqaz üzrə xüsusi nümayəndə ilə bağlı yaxın həftələrdə qərar verəcəyik"

13 Mart 2018 14:45

"Cənubi Qafqaz mürəkkəb regiondur, bu regionla bağlı çətin öhdəliklər var". Bunu ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa vermiş Kristian Vigeninin final hesabatı və bu vəzifəyə yeni təyinatla bağlı sualı cavablandırarkən deyib.

Məmmədyarov: “Aİ-nin Azərbaycana və onun ticarət dəhlizlərinə necə praktik dəstək verdiyini görmək istərdik”

13 Mart 2018 14:43

“Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Evropa ölkələri üçün də imkanlar açacaq. Bu, Lapis Lazuli ticarət və tranzit dəhlizində Əfqanıstanın ticarət potensialını artırmaq və onu Avropaya birləşdirmək məqsədi daşıyan mühüm bir əlaqədir”.

Georgi Tsereteli: "ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək"

13 Mart 2018 14:41

ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bunu  ATƏT PA prezidenti Georgi Tsereteli deyib. O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: "Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır". 

Rövşanənin verilişinə dava düşdü - VİDEO

13 Mart 2018 14:36

Aparıcının efirinə düşən davanı meyxanaçı Ağamirzə sakitləşdirib. Bir nəfər Firdovsi adlı sakin boşanmış ailəsilə uşaqlarının xətrinə barışmaq istəyir. Ancaq cütlüyün arasında böyük qalmaqallar olduğu üçün qarşı tərəf onunla barışmaq istəmir. Bu da efirdə davaya səbəb olub. Həmin davanı efirin qonaqlarından biri olan meyxanaçı Ağamirzə sakitləşdirib.

3 dəfə nişanlanan Azəri qızı Günel məşhur türk sənətçisi ilə SEVGİLİ OLDU - VİDEO

13 Mart 2018 14:25

Türkiyədə azəri qızı kimi tanınan Günel Zeynalova Orhan Ölmezlə görüşməyə başlayıb.  Bu barədə Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında məlumat verilib. Verilişin aparıcılarının iddiasına görə, cütlük bir müddətdir ki, sevgilidir.