Gündəm

Lev Tolstoyun kötücəsi: "Fransa televiziyası Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən lenti məhv etdi"

13 Mart 2018 16:27

Atam əslən yəhudidir, Bakıda anadan olub. Ana nənəm Aleksandra Lev Tolstoyun nəticəsi, Konstantin Stanislavskinin nəvəsidir. Anamla atam Bakıda tanış olublar, bir-birilərini seviblər. Atamın ailəsində qədim köklərə söykənən bir ənənə mövcud idi. Uşaqlar hələ böyüməmiş onların kiminlə evlənəcəkləri məlum idi. Mənim atamın da deyiklisi var idi. Lakin anama olan məhəbbətindən ailəsinə qarşı çıxaraq onunla ailə qurur. Valideynlərim bugünədək xoşbəxt yaşayırlar.

Bazar günü işləmək qadağan edildi: Əhali narazıdır

13 Mart 2018 16:20

Polşada bazar günləri işləməyin qadağan edilməsi ölkə əhalisini iki qrupa bölüb. Ölkədə bazar günü işləməyi qəti şəkildə qadağan edən qanun layihəsi mərhələli şəkildə icra ediləcək və bu proses 2020-ci ildə yekunlaşacaq. Hazırda 1 ayda 2 bazar günü işləmək qadağandır, 2019-cu ildə bu rəqəm 3 bazar günü olacaq, 2020-ci ildə isə həftənin sonuncu günü tamamilə qeyri-iş günü elan ediləcək.

Yeni müsabiqə başladı

13 Mart 2018 16:16

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Azərbaycanda sosial inkişaf kursu uğurla davam etdirilir

13 Mart 2018 16:04

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir”.

Fransada "quş qripi" yayıldı

13 Mart 2018 15:56

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib. Qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.

""Whatsapp"da mənə söyüşlər yazırdılar" - Murad Dadaşov - VİDEO 

13 Mart 2018 15:54

ARB TV-nin "Açıq pəncərə" proqramının qonağı olan Əməkdar artist Murad Dadaşov maraqlı açıqlamalarla yadda qalıb. Şoumen bir çox insanların sosial şəbəkədə təhqirlərə yol verməsinin səbəbini açıqlayıb: "İnsanların natamam həyatından irəli gəlir.

Xaricdən mal gətirənlərin işi asanlaşdı

13 Mart 2018 15:51

"Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliklər edilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasından (ASK) verilən məlumata görə, dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər.

Zorla qadından telefonu alan şəxs ələ keçib

13 Mart 2018 15:42

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır.

Piyadanı vurub qaçan sürücü yaxalanıb

13 Mart 2018 15:41

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

Avtomobil 10 yaşlı uşağı vurub öldürdü

13 Mart 2018 15:38

Xəzər rayonunun Zuğulba qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 13-də saat 1 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Siyasi şou ustası

13 Mart 2018 15:39

Uzun illərdir dövlət, dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal müxalif düşərgə yenə öz ampluasındadır. Söhbət prezident seçkiləri ərəfəsində ölkədə siyasi gərginlik yaratmaq, seçki prosesinə mane olmaq, bununla da ümumilikdə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə, nüfuzuna zərbə vurmaqdır. Daha doğrusu radikallara verilən tapşırıq bundan ibarətdir.

Türk ordusu Afrində daha iki kəndi aldı - Mühasirə daralır

13 Mart 2018 15:32

Türkiyə ordusu Afrində daha iki kəndi terrorçulardan azad edib. TSQ Mağaracıq və Dərməşqanlı kəndlərinin terrorçulardan təmizləndiyini açıqlayıb.

NATO-dan Ankaraya S-400-lə bağlı gözlənilməyən jest

13 Mart 2018 15:30

Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur. Bunu “Anadolu” agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.  “NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün öz aktuallığını qoruyub saxlayır

13 Mart 2018 15:27

Azərbaycan müstəqillik əldə etdikdən sonra hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı, bu sahənin inkişaf etdirilməsinə yönəlik sistemli, ardıcıl addımlar atıldı. Məhz həyata keçirilən uğurlu siyasət nəticəsində bir çox zəngin mədəni nümunələrimiz YUNESKO-nuin mədəni irs siyahısına düşdü, mədəniyyət sahəsində mövcud olan qanunvericlik aktları günümüzün tələblərinə uyğunlaşdırıldı. Hazırda da hər bir sahə kimi mədəniyyət sahəsi öz inkişaf dövrünü yaşayır.

Ermənistanda 25 ildir ki, seçkilər saxtalaşdırlır

13 Mart 2018 15:22

Ermənistanda keçirilən prezident seçkilərinə qarşı etiaz dalğaları səngimək bilmir. Əslində təşkil olunan etiraz aksiyaları bu ölkədə prezident seçkisinin qanunsuz, beynəlxalq standartlara zidd olmasına qarşı yox, bütövlükdə rejimə qarşıdır. Çünki, indiyə qədər Erməistanda keçirilən seçkilər heç bir halda qanun çərçivəsində baş tutmayıb, xalqın iradəsini ifadə etməyib.