Gündəm
Tehranda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilib
Martın 13-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib. “Olaylar” xəbəbr verir ki, iclasda çıxış edən iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir.
Zoologiya İnstitutu: "Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqlıqları aşkarlanıb"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu tərəfindən 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında aparılan tədqiqatlar nəticəsində 30 növ iynəcə, 10 növ otbiçən, 15 növ alaca kəpənəyi, 38 növ qarışçı kəpənəyi, 8 növ parabüzən, 9 növ arı, 64 növ hörümçək, 12 növ fır gənəsi qeydə alınıb. Bu barədə Zoologiya İnstitutunun şöbə müdiri Vüsalə Nərimanova məlumat verib.
Rumıniyalı deputat Dağlıq Qarabağa qanunsuz səfərlərə münasibət bildirib
“Parlamentlərarası əlaqələr hər zaman Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın əsas komponentlərindən biri olub”. Bunu Rumıniya Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobre deyib.
Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçiridi: 40 nəfər tutuldu
Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutulub. Onlar rüşvət almaqda şübhəli bilinirlər.
"Boykotda antiazərbaycan qüvvələrinin təsiri istisna deyil"
"Dövlət başçısının Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladığı vaxtdan bu günə qədər seçki prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində və Seçki Məcəlləsinin bütün müddəalarına əməl etmək şərti ilə tam şəffaf, demokratik davam etməkdədir".
Xalq Cümhuriyyətinin Azərbaycan qadınlarının həyatında rolu
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu şərəfli tariximiizin qeyd edilməsi, onun gənc nəslə təbliğ olunması məqsədilə artıq uzun illərdir ki, xüsusilə müstəqillik illərindən sonra məqsədyönlü addımlar atılır, işlər görülür. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində onun müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, o dövr üçün tətbiq etdiyi yeniliklər barədə silsilə yazılar dərc edilir, məqalələr işıq üzü görür.
Prezident İlham Əliyev Anar Rzayevi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib
Prezident İlham Əliyev Anar Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanlı futbolçular toyda içdilər, oyuna getmədilər
Təbrizin adı kürdləşdirildi: Etirazlar başladı
Təbrizdə şəhərin adını saxtalaşdıran tablolar peyda olub. Təbriz İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Turizm” və “Trafik” təşkilatlarının martın 11-də şəhərin Əhər-Təbriz yolu istiqamətində quraşdırdığı tablolardan birində Azərbaycanın qədim paytaxtı sayılan Təbrizin adı saxtalaşdırılaraq “Tavrij” kimi təqdim edilib. Belə ki, üç hissədən ibarət olan tablonun ortasındakı narıncı hissədə “Bowling Təbriz” ifadəsindəki “Təbriz” sözü təhrif edilərək, “Bowling Tavrij” kimi yazılıb.
Belə dövləti tonqalda yandırmaq lazımdır
Ermənistan ön cəbhənin əsgərlərini Günəş plitəsinin üstündə hazırlanan qidalarla təmin etmək üçün kampaniyaya başlayıb. Sən demə, alternativ enerji mənbələrinə çıxış əldə etmək üçün yerli firmalardan birinin ağlına belə “know how” gəlib.
İrəvan bunu etmək istəyir, Lavrov imkan vermir
Ermənistan hökuməti artıq uzun müddətdir ki, Xarici İşlər naziri Edvard Nalbəndyandan yaxasını qurtarmağa çalışır. Bu iddia ilə “Jamanak” qəzeti çıxış edib. “Nalbəndyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sevimlisidir.
Regional proqramlar Ağstafada uğurla icra edilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağstafa rayonunda da uğurla icra edilib. Dövlət Proqramlarının uğurla icra edildiyi ötən 14 il ərzində Ağstafada görülən işlər, həyata keçirilən tədbirlər, islahatlar belə deməyə əsas verir.
Biləsuvarın içməli su təchizatı yaxşılaşdırılır
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq Biləsuvar rayonunda həyata keçirilən layihələr uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu münasibətlə rayonun Xırmandalı kəndində açılış mərasimi keçirilib.
Müəllim və valideynlər qəbul ediləcək
Martın 16-da paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilib
Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilib. AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər. Bundan əvvəl avans yolu ilə ödənişin aparıldığı gündən bu müddət 180 gün idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda həmin şəxsə qarşı cərimə tətbiq olunurdu. Bəzi hallarda sahibkarlar obyektiv səbəblər üzündən ödənişin aparıldığı gündən 180 gün müddətində malların ölkəyə idxalını həyata keçirə bilmirdi və onların barəsində cərimə formasında inzibati tənbeh tədbiri seçilirdi.









.jpg)




