Gündəm
Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır
Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Məlumata görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.
Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri
Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür.virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara zərərli qidaların satışı sahəsində vəziyyət dəyişməyib, üstəlik məktəb bufetlərinin fəaliyyətinin təşkili ilə bağlı ciddi korrupsiya əlamətləri mövcuddur.
Böyük əfv" gözləntiləri: hətta İlqar Məmmədov və Əli İnsanov da...
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu musavat.com-a verdiyi açıqlamada Əfv Komissiyasına təqdim etdikləri siyahıya sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovun da adını saldıqlarını bildirib.
Türkiyədə deputatlar arasında növbəti kütləvi dava
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında kütləvi dava olub. İnsident seçki ittifaqının qanuniləşdirilməsinin müzakirəsi zamanı baş verib. Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında baş verən mübahisədən sonra kütləvi dava başlayıb. Davadan sonra CHP-nin İzmirdən olan deputatı Musa Çam cəzalandırılıb. Belə ki, deputatın üç iclasa buraxılmaması barədə qərar çıxarılıb.
“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda açıq dərs təşkil olunub
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda növbəti interaktiv açıq dərs keçirilib.
İŞİD-ə qoşulan azərbaycanlı 9 il azadlıqdan məhrum edildi
İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan Həsrət Əliyevə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, Həsrət Əliyev 9 il azadlıqdan məhrum edilib. Məlumata görə, Həsrət Əliyev məhkəmədə çıxışında əməlindən peşman olduğunu bildirib.
“Mədəni bitkilərin mənşəyi” adlı dərslik işıq üzü görüb
Azərbaycan dilində tərtib olunan “Mədəni bitkilərin mənşəyi” adlı dərslik mədəni bitkilərin botaniki-coğrafi xüsusiyyətləri, nadir növləri, mənşəyi, yayılma arenası, kimyəvi tərkibi, əhəmiyyəti, sistematikası, çoxnövçülük mərkəzləri və onların mühafizəsi haqqında məlumatları özündə əks etdirir.
Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq
Martın 13-də “Təmiz Şəhər” ASC KİV nümayəndələrinin iştirakı ilə məlumat turu və mətbuat konfransı keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, KİV nümayəndələri Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar.
Məzahir Pənahov ATƏT PA nümayəndə heyəti ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, M. Pənahov prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib.
Altı rayon üzrə “Açıq dərs”lər
Paytaxtın 6 rayonu üzrə məktəblərdə keçirilən “Açıq dərs”lər başa çatıb. “OLAYLAR” xəbər verir ki, Səbail, Yasamal, Nizami, Nəsimi, Xətai və Xəzər rayonları üzrə ümumi təhsil müəssisələrində təşkil olunan “Açıq dərs”lərdə Təlimə Dəstək Mərkəzinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.
BNA dayanacaqlara xəbərdarlıq elanları yerləşdirdi
Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası qanunun tələbinə uyğun olarq Bakı Nəqliyyat Agentliyi də bir sıra addımlar atıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, BNA tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub.
Yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək yeni yol inşa edilir
Silsilə oğurluq edən şəxslər saxlanıb
Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki evlərin birindən 21 manat, mobil telefon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini Səfail Şahbazov və Sabirabad rayon sakini Lamin Abışov saxlanılıblar.
Keçmiş məhkumdan marixuana götürülüb
Siyəzən rayon sakini Pərviz Əliyevdən 475 qr marixuana götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyevdən 475 qram marixuana götürülüb.
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də saat 18 radələrində Salyan rayonunun Düzənli kəndində Yolüstü kənd sakini Pərviz Qaraxanovun idarə etdiyi “VAZ-21099” və Sumqayıt şəhər sakini Ruslan Şirəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyev və sərnişinlərindən anası Kəklik hadisə yerində ölüb, digər 1 sərnişini, habelə P.Qaraxanov xəstəxanaya yerləşdirilib. Salyan RPŞ tərəfindən araşdırma aparılır.










.jpg)



