Gündəm
Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə maliyyə vəsaiti ayırıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“WhatsApp” messencerində mesajları silmək funksiyası təkmilləşdirilib
İndi həmsöhbətin qurğusundan mesajı 68 dəqiqə ərzində silmək mümkündür. “WhatsApp” istifadəçilərinə arzuolunmaz mesajı silmək üçün daha çox vaxt verilib. Messencerin tərtibatçıları bu funksiyanı təkmilləşdiriblər. “WhatsApp”ın ən son beta-versiyası artıq yükləmə üçün əlçatandır.
Kibertəhdidlərin aşkarlanması üçün proqram təminatı təqdim olunub
“Kasperski laboratoriyası” antivirus şirkəti son qurğularda təhdidlərin aşkarlanması və kiberinsidentlərə reaksiya üçün “Kaspersky Endpoint Detection and Response” (KEDR) korporativ həllini nümayiş etdirib.
Türkiyə ordusu 2 şəhid verdi
Türkiyə ordusunun Diyarbəkirin Diclə mahalı və Elazığ sərhədi bölgəsində həyata keçirdiyi əməliyyat zamanı PKK terrorçuları ilə şiddətli atışma baş verib. Bu barədə “Hürriyət” yazıb.
Səfirlik: "ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib"
"ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: Birləşmiş Ştatlar və digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın Birləşmiş Ştatlara səfərini və ABŞ Konqresində tədbirdə iştirak etməsini şərh edərkən bildiriblər.
Prezident İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibini təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Prezident İlham Əliyev Gənclər Fonduna yeni icraçı direktor təyin edib
Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Nazir: "İşğal olunmuş ərazilərdə mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır"
“Bizdə olan məlumata görə, Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var”. Məlumata görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, nazirlik bununla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət edib: “Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük”.
Nazirlik vergi ödəyicilərinə müraciət edib
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. Məlumata görə, nazirlik Novruz bayram ilə əlaqədar cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirməyi tövsiyə edib.
Rusiyalı fanat Marsel məhkəməsinin qarşısına çıxacaq
Fransanın Marsel şəhərində Rusiya vətəndaşına qarşı cinayət işi açılıb. Həmin şəxs 2016-cı il Avropa çempionatı zamanı baş tutan Rusiya - İngiltərə (1:1) matçından öncə Endryu Beyç adlı ingilis azarkeşə hücum edən qrupun arasında olub.
Azarkeşə tüpürdüyünə görə 1 milyonluq işindən oldu
"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karrager çalışdığı "Sky Sports" telekanalından qovulub. Buna səbəb sabiq müdafiəçinin İngiltərə Premyer Liqasının "Mançester Yunayted" - "Liverpul" oyunundan (2:1) sonra ona söz atan mançesterli azarkeşə tüpürməsi olub. Belə ki, oyundan sonra MU azarkeşlərindən birinin ard-arda oyunun nəticəsini təkrarlamasından əsəbiləşən Karrager, maşının şüşəsini endirərək, ona tərəf tüpürüb. Bu anlar videokameranın yaddaşına köçüb. Azarkeşin yanında 14 yaşlı qızının da olması, hadisəni daha da böyüdüb.
Tramp Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırmasının səbəbini açıqlayıb
"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik". Məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib.
Sarkisyan: “Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...”
Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.
"Eurovision" mahnımız dəyişdirildi
Xəbər verdiyimiz kimi, "Eurovision 2018"də səsləndiriləcək "X my heart" mahnısı tənqid olunmuşdu. Aysel Məmmədovanın səsləndirdiyi bəstə dəyişdirilib.
Deputat: "Ermənistan işğalçılıq siyasəti nəticəsində özü özünü təcrid edib"
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bütövlükdə özü özünü təcrid edib. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, ermənilər monoetnik bir dövlət yaradıb və terrorizmə dəstək verir, Azərbaycanın işğal olunmuş ərazilərində də terroçular yetişdirirlər: “Ona görə də heç bir beynəlxalq qurum və qonşu dövlət Ermənistanla birgə iri layihələrdə iştirak etmir və işğalçılıq siyasəti dayandırılmayana, Azərbaycan əraziləri işğaldan azad edilməyənə qədər Ermənistanla heç kim əməkdaşlıq etməyəcək”.













