Gündəm
İdlib yenidən bombalandı
Bəşşar Əsəd rejimi Suriyada sivil insanların ölümünə səbəb olur. Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin İdlib ərazilərinə endirdiyi zərbələr nəticəsində 5 dinc sakin həyatını itirib. Aralarında azyaşlılar olmaqla 15 nəfər isə ağır yaralanıb.
Su işgəncələri və qiyamların arxasındakı SİRLİ QADIN
Putinin daha bir rəqibi öldü - Londonda
Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib. Qluşkov Putinə müxalif möveqdə olan, oliqarx Boris Berzovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.
Məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı
ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın şəxs xəsarət alıb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Yaşayış binasında PARTLAYIŞ: Xəsarət alanlar var
Rusiyanın Sankt-Peterburq şəhərində 9 mərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. İlkin ehtimallara görə, partlayış binanın blokunda baş verib. Binanın sakinləri təxliyə ediliblər. Təxminən 4 mənzilin yararsız hala düşdüyü bildirilir.
Kamal Abdulla Macarıstan səfiri görüşdü
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb. Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, bunun davamlı olması üçün birgə səylərin vacibliyindən danışıb.
Bilik Fondunun Koordinasiya Şurası üzvləri bir araya gəldilər
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin növbəti toplantısı keçirilib. Fondda gerçəkləşən görüşdə aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar görüləcək işlər, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixili Sərəncamı kontekstində Xalq Cumhuriyyəti fəaliyyətinin hüquqi aspektləri mövzusunda maarifləndirici tədbirlərin təşkili məsələləri müzakirə olunub.
Ruslardan xəbərdarlıq: Bu bitkini evdə saxlamayın!
“Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Germanistika İnstitutunun təşkilatçılığı ilə ““Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli təhlili” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti, xanım Ziglinde Hartman “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş simpoziumlar barədə məlumat verib. “Kitabi Dədə Qorqud” dastanının orijinal nüsxəsinin Drezden kitabxanasında saxlanıldığını qeyd edən Z. Hartman dastanın öyrənilməsində əvəzsiz rolu olan tanınmış türkoloqlardan söz açıb.
ŞOK: 16 min il yaşı olan insan kəlləsi tapılıb
Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonu ərazisində 16 min yaşı olduğu güman edilən insan kəlləsi tapılıb. Çin mətbuatının yazdığına görə, kəllə sümüyü Lunan şəhərindən 13 kilometr məsafədə yerləşən dağdakı mağarada tapılıb. Mağara 2014-cü ildə aşkar edilib, bir il sonra isə arxeoloji qazıntılara başlanılıb.
100 il əvvəl buraxılmış marka 305 min avroya satıldı
Filatelist Lüdvik Pıtliçekin kolleksiyasında nominal dəyəri 4 kron olan, Çexoslovakiyanın 1919-cu ilə aid yaşıl poçt markası Praqa Bələdiyyəsinin binasında keçirilən hərracda 7,8 milyon krona (305 min avroya) satılıb.AZƏRTAC xəbər verir ki, lotun start qiyməti 4 milyon kron olub; mütəxəssislər isə onu 5-7 milyon kron civarında qiymətləndirirdilər. Ancaq real qiymət rekord qırıb.
Qəhvə içmək sinə ölçülərini kiçildir?
Araşdırmalara görə gündə bir neçə fincan qəhvə içən qadınların sinə nömrəsi kiçilir. 300-dən çox könüllü qadınlar üzərində edilən təcrübələrdə, bəzi qadınlar nizamlı qəhvə istehlak edərkən, bəzilərinin heç istehlak etmədiyi ifadə edildi.
Seyrək qaşlardan xilas olmağın 6 yolu...
Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırmaq istəsə də, bu, onlarda çox zaman müvəffəqiyyətli alınmır. Əziz xanımlar sizlərə qaşları təbii üsullarla qalınlaşdırmağın sirlərini təqdim edirəm.
Çin polisi cinayətkarların axtarışında “ağıllı” eynəkdən istifadə edəcək
Pekin polis əməkdaşlarına xidməti istifadə üçün sifətin tanınması sisteminə malik “ağıllı” eynəklər təqdim olunub.
Mobil telefonlardan şüalanma təhlükəsi təkzib olunub
ABŞ-ın “Toksikologiya üzrə milli proqram” təşkilatının üzvləri mobil telefonlardan şüalanmanın insan sağlamlığına təsirgöstərmə səviyyəsini yoxlamaq məqsədilə iki tədqiqat keçirərək mobil qurğulardan istifadə zamanı insan həyatı üçün real təhlükənin olmaması qənaətinə gəliblər. Lakin tədqiqatçılar tərəfindən bir sıra təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunur.














