Böyük əfv" gözləntiləri: hətta İlqar Məmmədov və Əli İnsanov da...

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu musavat.com-a verdiyi açıqlamada Əfv Komissiyasına təqdim etdikləri siyahıya sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovun da adını saldıqlarını bildirib.

N.Cəfəroğlu deyib: "Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var".

Bununla belə, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: "Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab Prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik...". Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31