Gündəm

Nigar Arpadarainin atasının bağ evini yardılar

13 Mart 2018 09:42

Bakıda Cavid Arpadarai adlı şəxsin bağ evindən oğurluq olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb. Bağ evindən hansı məbləğdə pulun və qiymətli əşyaların oğurlandığı açıqlanmır.

“Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşa

13 Mart 2018 09:40

 Akademik Milli Dram Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası nümayiş olunub. Səhnə əsəri “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim edilib. Tamaşada görkəmli bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisindən istifadə edilib. Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi

13 Mart 2018 09:36

“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edir. Müsabiqədə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər. Hekayələrin janrına məhdudiyyət qoyulmur. Olaylar.az bildirir ki, müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel, 2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:

ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı

13 Mart 2018 09:31

ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması, "beynəlxalq terrorçuluğa dəstək" və insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzatmaqla bağlı qərar qəbul edib. Müvafiq bəyanatın mətni bazar ertəsi Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.

YARATda eşitmə qabiliyyəti məhdud rəqqaslardan ibarət tamaşa

13 Mart 2018 09:30

“YARAT” Müasir İncəsənət Mərkəzində eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət “Deaf Men Dancing” rəqs ansamblı “Ten” rəqs tamaşasını təqdim edib. Təqdimat “British Council Azərbaycan”ın təşkilatçılığı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzinin birgə tərəfdaşlığı ilə gerçəkləşib. “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

Dəməşq atəşə tutdu

13 Mart 2018 09:28

Dəməşq ətrafında yerləşən qaçqın düşərgələrindən birinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb. Bu barədə bazar ertəsi yerli polisə istinadən SANA agentliyi məlumat yayıb.

Aktrisa karyerasını başa vurdu

13 Mart 2018 09:26

Hollivud aktrisası Kemeron Diaz kinematoqrafiyada karyerasını başa vurmaq niyyətindədir. 45 yaşlı aktrisanın bu qərarı barədə rəfiqəsi Selma Bler məlumat verib.

Türkiyədən  Almaniyaya nota

13 Mart 2018 09:25

Türkiyə hökuməti Berlində məscid binası və Türkiyə mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

Beynəlxalq Muğam Festivalı çərçivəsində “Bayatı- Şiraz” muğamı səslənib

13 Mart 2018 09:24

Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də növbəti muğam axşamı təşkil olunub. Gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

Azərbaycanın qızıl-gümüş bazarında QİYMƏTLƏR dəyişdi

13 Mart 2018 09:22

Azərbaycanda martın 12-də qızıl qiymətləri təxminən 9,73 manat (0,4 faiz) artaraq 1 troy unsiyası üçün 2 250,528 manat təşkil edib. Bu barədə Azərbaycan Məkəzi Bankının hesabatında deyilir.

Türkiyədə zəlzələ

13 Mart 2018 09:19

Türkiyənin qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri İzmirdən 52 km şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Afrindən şəhid xəbəri

13 Mart 2018 09:14

Moskva ABŞ-ın dəhşətli planını AÇIQLADI

13 Mart 2018 09:12

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərq Quta bölgəsində xlor tərkibli kimyəvi maddə “An-Nüsra” Cəbhəsi terror qruplaşmasının döyüşçüləri tərəfindən tətbiq edilib. Bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib. Olun sözlərinə görə, terrorçular martın 5-də kimyəvi maddə tətbiq ediblər və nəticədə 30 dinc sakin zərər çəkib. Rusiyalı diplomat bildirib ki, bu, suveren Suriyaya qarşı birtərəfli güc tətbiqinə əsaslar yaratmaq üçün edilir.