Afrindən şəhid xəbəri
13 Mart 2018 09:14 DünyaMartın 12-də Suriyanın Afrin bölgəsində 1 türk əsgəri şəhid olub, daha 1-i yaralanıb. Məlumata əsasən, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin bölgəsində məhv edilən terrorçuların sayı 3381 nəfərə çatıb.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31