Beynəlxalq Muğam Festivalı çərçivəsində “Bayatı- Şiraz” muğamı səslənib
Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də növbəti muğam axşamı təşkil olunub. Gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.
13 Mart 2018 09:24 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də növbəti muğam axşamı təşkil olunub.
Gənc xanəndə Arzu Əliyevanın ifasında "Bayatı-Şiraz" muğamı səsləndirilib.
Gənc ifaçını Rövşən Qurbanovun bədii rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, yeddi əsas muğam dəstgahından biri olan "Bayatı -Şiraz"ı Üzeyir Hacıbəyli emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31