Bıçağı görən xoruz dil açdı - VİDEO
Türkiyənin Balıkəsir rayonunun Kepsut qəsəbəsində maraqlı hadisə baş verib. Qəsəbə sakini İbrahim Qırcalı evinə gələn qonaqlar üçün həyətindəki xoruzu kəsmək istəyib.
13 Mart 2018 09:51 DünyaTürkiyənin Balıkəsir rayonunun Kepsut qəsəbəsində maraqlı hadisə baş verib. Qəsəbə sakini İbrahim Qırcalı evinə gələn qonaqlar üçün həyətindəki xoruzu kəsmək istəyib.
Lakin bu zaman bıçağı görən xoruz dil açaraq "Anne" (ana), "anne" (ana) deyib. Bunu görən İbrahim xoruzu kəsmək fikrindən daşınıb:
"Xoruz "Anne", "anne" dedikdən sonra qorxdum. Onu kəsməyəcəyimə söz verdim. O, indi çox məşhurdur. Cammaat hamısı onu görməyə gəlir".
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31