Gündəm
Azərbaycanda son 17 ildə nə qədər vətəndaşa şəxsiyyət vəsiqəsi verildiyi açıqlanıb
2001-ci ilin sentyabrından bu ilin martınadək 8 milyon 614 min 710 vətəndaş, o cümlədən 16 yaşdan yuxarı 6 milyon 748 min 524 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinov bu gün keçirilən kollegiya iclasında bildirib.
“Azərsu” Fransada mükafat alıb
Fransanın paytaxtı Paris şəhərində “Qlobal ticarət liderləri” klubunun təşkilatçılığı ilə “Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat”ın təqdim olunması mərasimi keçirilib. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, təqdimat mərasimində dünyanın 30 ölkəsini təmsil edən şirkətlərə fəaliyyət göstərdikləri ölkələrdə qazandıqları nailiyyətlərə görə beynəlxalq mükafatlar verilib.
Zakir Həsənov: “Təlimlər Azərbaycan Ordusunun döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini bir daha sübut etdi”
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.
Seçki komissiyalarının mühafizəsini 12 mindən çox polis əməkdaşı təmin edəcək
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri zamanı dairə və məntəqə seçki komissiyalarının mühafizəsini 12 mindən artıq polis əməkdaşı təmin edəcək.
Səyyar kitab sərgisi – Nicdə
Martın 16 –da Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə “Pilot layihəsi” çərçivəsində Nic qəsəbəsində mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxuma mədəniyyətinin təbliğı məqsədi ilə səyyar kitab sərgisi təşkil olunub. Olaylar.az bildirir ki, səyyar kitab sərgisində Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə yanaşı Nic qəsəbə və Çuxur Qəbələ, Mıxlıqovaq kənd kitabxana filialları da iştirak edib.
Avtobusda həyəcanlı anlar - Sürücü sükan arxasında öldü
Tovuz-Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb. Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib. Tovuz rayon sakini, Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan öldüyü bildirilir.
Siyasi ekspert: "Azərbaycanın seçki qanunvericiliyi bazası məhz demokratik dəyərlərə söykənir"
“Azərbaycan mütərəqqi və demokratik, eləcə də dövrün qlobal çağırışlarına cavab verən ölkə olaraq beynəlxalq aləmdə də öz sözünü deməkdədir. Sosal, iqtisadi, siyasi, mədəniyyət, idman və s. sahələrdə əldə edilən davamlı nailiyyətlər, eləcə də siyasi sabitlik belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Əlbəttə ki, bu danılmaz faktor özünü seçki mühitində də kifayət qədər təsdiq edir”.
Tanınmış aktyor bədbəxt hadisənin qurbanı oldu - Dad və qoxu hissiyatını itirdi - VİDEO
Mərhum Levent Kırca ilə "Olacak O Kadar" proqramında illərlə yer alan Ahmet Çevik ehtiyatsızlıqdan yıxılaraq kəllə-beyin travması alıb. Çevik dad və qoxu hissiyatını itirib. Hadisə barədə aktyorun yaxın dostu olan müğənni Onur Akay məlumat verib.
Hökumət parlamentdə hesabat verdi
Martın 16-da keçşirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. İlkin olaraq parlamentin sədri Oqtay Əsədov ötən il Azərbaycanda əldə olunan naliyyətlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşayıb. Onun sözlərinə görə, ötən il ölkədə aparılan sosial-iqtisadi islahatlar uğurla davam etdirilib.
Mübariz Qurbanlı Misir səfirini qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 16-da Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb. “OLAYLAR” Dini Komitəyəö istinadən xəbər verir ki,görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub. Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi yolu yenidən qurulur
Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isəyük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
İnnovasiyalı klasterlərin yaradılmasına dair konfrans keçirilib
Martın 16-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "İnnovasiya klasterlərinin yaradılmasında dövlət-özəl sektor əməkdaşlığı: mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda Konfrans keçirilib. “Olaylar” xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini, sənaye parkları və məhəllələrinin, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələrinin yaradıldığını və ixrac potensialının genişləndiyini bildirib.
“Təhlükəsiz qida və media” mövzusunda tədbir olacaq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və Azərbaycan Mətbuat Şurasının birgə iştirakı ilə “Təhlükəsiz qida və media” mövzusunda brifinq olacaq. Bu barədə məlumat “OLAYLAR”-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olub. Bildirilib ki, brifinqdə agnetliyin fəaliyyət istiqamətləri, ötən müddət ərzində gördüyü işlər barədə danışılacaq, eləcə də media vasitəsilə qurumun fəaliyyətinin işıqlandırılmasına dair müzakirələr keçiriləcək.
Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək
Novruz bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ilədək həftədə iki dəfə - Naxçıvandan həftənin VII və IV günləri saat 11-40-da yola düşəcək, Məşhəd stansiyasına həftənin V və I günləri saat 19-25-də çatacaq.
Bir neçə marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib
59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, 59 nömrəli müntəzəm marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa edilib.

.jpg)
.jpg)






.jpg)




