Gündəm

Hisslərimizi idarə edənlər

16 Mart 2018 15:37

Uzaq keçmişdə insanlar sevgililərindən ayrılanda, həyat yoldaşlarının xəyanətlərini görəndə, rəhbərlərinin haqsızlıqlarına uğrayanda ilk olaraq ən yaxın dostlarını, rəfiqələrini axtarırdılar. Onlarla dərdləşir, onlarla ağlayırdılar. Əvvəlcədən də qeyd etdiyim kimi bu uzaq keçmişdə idi. İndi...

Mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb

16 Mart 2018 15:23

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

İaşə (əslində, zibillik) müxalifətçiliyi…

16 Mart 2018 15:21

Müxalifətçilik də ədəb məsələsidir. Əxlaq məsələsidir. Dünyanın bir çox dövlətlərində bunun belə olduğunu görürük, təqdir edirik. Müxalif dediklərimiz hakimiyyət iddialarını açıq bəyan edir, xalqla təmasda olur, hakimiyyətin davranışlarını ağılla, təmkinlə təhlil və tənqid edirlər. Əlavə olaraq özləri hakimiyyətdə olsaydılar nəyi necə edəcəklərini də ağlabatan bir şəkildə açıqlayırlar. Belədə xalqın müqayisə edib seçmək imkanı yaranır. Seçmək üçünsə normalda seçkiləri gözləyirlər. Bir dönəm hakimiyyətdə olub xalqın etimadını doğrultmamış siyasətçilər səhnəni tərk edir və müxaliflər onların yerinə gəlir.

Fazil Mustafa: “Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir”

16 Mart 2018 15:13

“Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir. Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də burada göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər”.

Deputatdan təklif: “Bakıda çoxmərtəbəli binaların tikintisi qadağan olunsun”

16 Mart 2018 15:11

“Bakıda şəhər mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulmalıdır”.“Olaylar”ın məlumatına görə, bu təkliflə deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Pentaqon: "İran bu ölkəni pulla ələ alıb"

16 Mart 2018 15:01

İran İraqdakı seçkilərə müdaxilə edib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

Belçikada PARTLAYIŞDA 14 avtomobil yararsız oldu

16 Mart 2018 14:59

Belçikanın Antverpen şəhərində son sutka ərzində ardıcıl iki partlayış baş verib. Məlumata görə, son partlayış nəticəsində xəsarət alanlar olmayıb. Lakin güclü partlayış nəticəsində 14 avtomobilə ciddi ziyan dəyib. Eləcə də iki yaşayış binasının fasadlarının dağıldığı bildirilib.

Bakı Forumunda çıxış zamanı halı pisləşən türkiyəli deputat infarkt keçirib

16 Mart 2018 14:48

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

Vəkillər Kollegiyası əsassız iddiaları təkzib edir

16 Mart 2018 14:46

Bir sıra kütləvi informasiya vasitələrində “Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verirlər” başlıqlı yazılar işıq üzü görmüşdür. Yazılarda qeyd olunur ki, jurnalistlər Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verirlər. Buna səbəb isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərarıdır.

Afaq Aslan Lotu Quli ilə münasibətindən danışdı

16 Mart 2018 14:43

Ümumiyyətlə, şəxsi həyatımla bağlı heç bir sayta və media orqanına danışmaq istəmirəm. Bu sözləri müğənni Afaq Aslan onun kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib.

Dağlıq Qarabağ tənzimlənməsində ən aktiv iştirak imkanlarından biri Gürcüstana məxsusdur

16 Mart 2018 14:37

Rəsmi Yerevan Gürcüstanın baş naziri Q.Kvirikaşvilinin Ermənistana səfəri barədə qeyri-standart rezüme yaydı. Səfər başa çatdıqdan bir neçə gün sonra “Haykakan Jamanak” qəzeti “Gürcüstan əlverişli və etibarlı namizəddir” adlı məqalə nəşr etdi. “Haykakan Jamanak” rəsmi Yerevanın əlində insayder məlumatları və şərhləri dövriyyəyə buraxmaq üçün istifadə olunan 3 KİV-dən biridir.

"Hər müsahibəmdən sonra ərimin eks-arvadı məni polisə verir"

16 Mart 2018 14:32

Son zamanlar müsahibə verməkdən çəkinirəm. Çünki hər müsahibəmdən sonra həyat yoldaşımın eks-arvadı məni polisə verir. 

Yaşlı qadınları boğaraq öldürən manyak edam olundu

16 Mart 2018 14:25

ABŞ-da qurbanlarını çorabla boğan məşhur qatil Karlton Qeri Corciya ştatında edam edilib. Bu barədə WRBL telekanalı məlumat yayıb. Edam ölümcül inyeksiya vasitəsi ilə həyat keçirilib.

“Azərişıq” ASC məcburi köçkün abonentlərin işini lap asanlaşdırdı...

16 Mart 2018 14:21

“Azərişıq” ASC-nin “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub. Azərişıq” ASC-nin mətbuat xidməti xəbər verir ki, bu gündən etibarən ölkədəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayır.