Hökumət parlamentdə hesabat verdi
Martın 16-da keçşirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. İlkin olaraq parlamentin sədri Oqtay Əsədov ötən il Azərbaycanda əldə olunan naliyyətlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşayıb. Onun sözlərinə görə, ötən il ölkədə aparılan sosial-iqtisadi islahatlar uğurla davam etdirilib.
16 Mart 2018 15:52 SosialArtur Rasizadə: "Ermənistan qeyri-konstruktiv mövqe tutaraq, münaqişəni uzatmağa çalışır"
Martın 16-da keçşirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. İlkin olaraq parlamentin sədri Oqtay Əsədov ötən il Azərbaycanda əldə olunan naliyyətlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşayıb. Onun sözlərinə görə, ötən il ölkədə aparılan sosial-iqtisadi islahatlar uğurla davam etdirilib. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan 2 pillə irəliləyərək 35-ci yeri tutub. Ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadə verilib, bununla da Avropa ilə Şərq arasındakı məsafə 2 dəfə qısaldılıb. Parlament sədri deyib ki, 2017-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib, ölkə iqtisadiyyatına 17 milyard manat sərmayə yatırılıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 63 faiz təşkil edib. O, bildirib ki, ötən il deputatlatın 68 təklifi ilə bağlı görülən işlər hesabatda ətraflı qeyd olunub. Baş nazir Artur Razizadə hökumətin hesabatını son 14 ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət üzərində qurub. Bildirib ki, son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib. O, həmçinin bildirib ki, Azərbaycanda neft-qaz sənayesinin aparıcı rolu davam etməklə ölkənin nüfüzunun artmasına öz töhvəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək: "Əhalinin təbii qazla təmin edilməsi kimi sosial probelmin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşdırmanın səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsi təmin edilib. Elektrik enerjisi ilə təminat da iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub". Baş nazir bildirib ki, son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb: "Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib".
Hesabatın müzakirəsi zamanı millət vəkili Arif Rəhimzadə qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatına çox böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi qarşıda durur: "Neftçalada örüş torpaqları əkin üçün istifadə olunur. Torpaqların səmərli istifadəsi məhsul götürülməsi üçün şərait yaradır. Amma, bu torpaqlar qeydiyyata götürülməyib, ona görə də onlar kompensasiyadan məhrum olublar. Gərək o torpaqlar yenidən kadastrdan keçsin. Təkc Neftçalada deyil, digər rayonlarda da belə hallar var". Millət vəkili Azər Badamov təklif edib ki, Bakıda şəhər mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulsun: "Belə bir hal beynəlxalq praktikada da mövcuddur. Çoxmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa daha yaxşı olar". Deputat hesab edir ki, bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salına bilər: "Bu, eyni zamanda tıxacların aradan qaldırlmasına kömək edər". Hökumətin hesabatının forma və məzmununun dəyişdirilməsini təklif edən millət vəkili Fazil Mustafa qeyd edib ki, sənəddə ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər. Deputat bildirib ki, inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir ki, bu problemlər aradan qaldırılsın: "Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik. Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll edilsin". Fazil Mustafa təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib: "Bu iki sosial sahə arasında belə fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə ilə yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd isə 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir". Deputat zahid Oruc isə çıxışını ölkə ictimaiyyətinə müraciət üzəridə qurub: "Prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq. Yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq. Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq". Deputat deyib ki, prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Bununla belə o qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır: "Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi - ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik". Hökumətun uğurlu fəaliyyətindən danışan deputat Bəxtiyar Əliyev qeud edib ki, hazırda Ağdam rayonunun işğalda olmayan hissəsində əvvəllər 35 min yerli sakin yaşayırdısa, hazırda bu rəqəm 90 mindən çoxdur: "Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində insanlar Ağdama qaydıb və rayonun işğalda olmayan hissəsində indiyədək 20-yə qədər qəsəbə salınıb: "Bundan başqa orada "Dörd yol" deyilən hissədə əvvəllər əsgərlər dayanırdı, artıq oradan da o tərəfə qəsəbələr salınıb, ağdamlılar öz yurdlarında yaşayırlar. Bu, Azərbaycan dövlətinin və hökumətinin uğurudur". Müzakirələrdən sonra hökumətin hesabatı qəbul olunub.
Alim