Gündəm

“Çeburaşka” - Gənc Tamaşaçılar Teatrında 

19 Mart 2018 09:35

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirilib. Olaylar.az bildirir ki, uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

ABŞ-da silsilə partlayışlar: yaralananlar var

19 Mart 2018 09:31

ABŞ-ın Texas ştatında baş vermiş partlayş nəticəsində iki nəfər yaralanıb. İnsident ştatın Ostin şəhərində baş verib. KMOV telekanalı bir-birinin ardınca iki partlayışın baş verdiyini iddia edir.

DİQQƏT - Şəhərdə tıxac var

19 Mart 2018 09:30

Bakıda keçirilən Novruz şənlikləri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində tıxaclar yaranıb. Hazırda həm şəhərin mərkəzinə Azneft dairəsindən daxil olan yolda, həm də Nobel prospekti istiqamətində avtomobillərin sıxlığı müşahidə olunmaqdadır.

Türkiyə klubunun futbolçuları QƏZAYA DÜŞDÜ

19 Mart 2018 09:29

“Alanyaspor”lu futbolçular avtomobil qəzasına düşüb. İçərisində futbolçuların olduğu avtomobil başqa bir maşınla toqquşub. Maşınlara ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Maşınlardan birində “Alanyaspor”lu futbolçular – Lukas Villafanes, İoannis Maniatis, Georgios Tsavellas və onun xanımı Atina Pikraki, həmçinin qardaşı olub.

Putin: "Andiçmədən sonra hökumətdə dəyişikliklər..."

19 Mart 2018 09:27

"Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm". Bunu Rusiya prezidenti Vladimir Putin hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

“Başakşəhər” - “Beşiktaş” oyununda uşaqlar hər kəsi DUYĞULANDIRDI - FOTOLAR

19 Mart 2018 09:22

Türkiyə Superliqasında çempionluğu yaxından maraqlandıran oyun baş tutub. “Başakşəhər” doğma meydanda çempion “Beşiktaş”ı məğlub edib. Oyunun taleyini bir qol həll edib. Qələbə topunu 28-ci dəqiqədə Elia vurub. İkinci hissədə meydan sahibləri meydanda azlıqda qalıb. Ancaq qonaqlar bu say üstünlüyündən yararlana bilməyib.

Bakıda yaşayış binasında HƏYƏCANLI ANLAR: Sakinlər təxliyyə olundu

19 Mart 2018 09:20

Bakıda yaşayış binasında yanğın təhlükəsi baş verib. Hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 267 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında tüstülənmə baş verib. Bu səbəbdən binaya elektrik enerjisinin verilməsi dayandırılıb. Binanın iki blokunun 50-dən çox sakini təxliyyə edilib.

Terrorçular Əsədin təyyarəsini vurdular

19 Mart 2018 09:19

“Ceyş Tahrir aş-Şam” qruplaşmasının döyüşçüləri Şərqi Kalamun regionunda Suriyanın Hərbi-Hava Qüvvələrinə aid “Su-24” təyyarəsini vurublar. Bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” telegram-kanalı bildirib. Kanalın xəbərinə görə, ekipajın taleyi hələlik məlum deyil.

"Messi belə oynasa, "Barselona" ÇL-i qazanacaq" - Şevçenko

18 Mart 2018 19:57

"Milan"ın əfsanəvi futbolçusu Andrey Şevçenko bu mövsüm Çempionlar Liqasını qazana biləcək komandaların şanslarını dəyərləndirib. Ukraynalı veteran hücumçu "Barselona"nə turnirin favoriti hesab edir. Şevçenkonun fikrincə, hər şey Kataloniya klubunun ulduzu Lionel Messidən asılıdır: "Messi "Çelsi" ilə matçdakı kimi oynamağa davam etsə, "Barselona" ÇL-i qazanacaq. Hazırkı Leo qarşısıalınmazdır. Bunu "Çelsi" ilə matç da sübut etdi".

Paraqvayın sabiq prezidenti: Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib

18 Mart 2018 19:37

Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib və dünyanın inkişaf və birgəyaşayış təcrübəsinə öz töhfəsini verməkdə davam edir. Bunu  Paraqvayın sabiq prezidenti Fernando Luqo deyib. O bildirib ki, ölkələrin dünyada prioritet olan sahələrdəki nailiyyətlərinə diqqət verir: “Enerji hər zaman dünya iqtisadiyyatında prioritet rol oynayıb və bu sahənin inkişafı gələcəkdə də qaçılmaz olacaq. Azərbaycan nəhəng enerji ehtiyatları sahib bir ölkədir və bu ehtiyatların istifadəsində Azərbaycanı digər ölkələrə nümunə göstərmək olar”.

Fədayə Laçından yeni xəbər

18 Mart 2018 19:37

Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək. Müğənninin vəkili Türkel Süleymanlı müğənninin hazırkı vəziyyətindən danışıb:

SON DƏQİQƏ! Binəqədidə bina uçdu - VİDEO

18 Mart 2018 19:33

Binəqədi rayonunda uçqun olub. Hadisə ikinci mədən adlandırılan ərazidə baş verib. Əvvəllər neft şirkətinə məxsus olmuş yeməkxana qəzalı vəziyyətdə olduğu üçün uçub.Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, yaxınlıqda yerləşən dayanacaqda saxlanılan bir neçə avtomobilə ciddi ziyan dəyib. Həmçinin qeyd olunan ərazidə 1910-cu ildə tikilmiş bir neçə qəzalı binanın olduğu və həmin binalarda oxşar mənzərənin yarana biləcəyi sakinlər tərəfindən bildirilib.

Rusiyada prezident seçkiləri: Faizlər açıqlandı - YENİLƏNİR

18 Mart 2018 19:29

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb. Rusiya MSK-nın İnformasiya Mərkəzi yerli vaxtla saat 17.08-ə seçici fəallığının 51,9 faiz olduğunu açıqlayıb. Qeyd edək ki, saat 12:00-a seçici fəallığı 34,72 faiz olub.

Kabildə daha bir partlayış – 2 ölü

18 Mart 2018 19:28

Əfqanıstanın paytaxtı Kabildə daha bir partlayış baş verib. Məlumata görə, hadisə yerli vaxtla saat 07.00-da Paqman rayonunda qeydə alınıb. İnsident nəticədsində 2 dinc sakinin həlak olduğu, ən azı bir nəfərin xəsarət aldığı bildirilir.