Terrorçular Əsədin təyyarəsini vurdular

“Ceyş Tahrir aş-Şam” qruplaşmasının döyüşçüləri Şərqi Kalamun regionunda Suriyanın Hərbi-Hava Qüvvələrinə aid “Su-24” təyyarəsini vurublar. Bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” telegram-kanalı bildirib. Kanalın xəbərinə görə, ekipajın taleyi hələlik məlum deyil.

"Ceyş Tahrir aş-Şam" qruplaşmasının döyüşçüləri Şərqi Kalamun regionunda Suriyanın Hərbi-Hava Qüvvələrinə aid "Su-24" təyyarəsini vurublar.

Bu haqda terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4" telegram-kanalı bildirib.

Kanalın xəbərinə görə, ekipajın taleyi hələlik məlum deyil.

"Al-Masdar News" nəşrinin məlumatına görə, təyyarə Suriya hökumət qoşunları tərəfindən nəzarət edilən əraziyə düşüb. Öz növbəsində, mənbələrə istinadən "Syria Call News" nəşri bildirib ki, təyyarə yerüstü zenit-raket kompleksi ilə vurulub və sement fabriki yaxınlıqda düşüb. Pilotun tullandığı deyilsə də, onun haqqında başqa informasiya yoxdur.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31