ABŞ-da silsilə partlayışlar: yaralananlar var

ABŞ-ın Texas ştatında baş vermiş partlayş nəticəsində iki nəfər yaralanıb. İnsident ştatın Ostin şəhərində baş verib. KMOV telekanalı bir-birinin ardınca iki partlayışın baş verdiyini iddia edir.

ABŞ-ın Texas ştatında baş vermiş partlayş nəticəsində iki nəfər yaralanıb. İnsident ştatın Ostin şəhərində baş verib.

KMOV telekanalı bir-birinin ardınca iki partlayışın baş verdiyini iddia edir.

Şəhərin təcili tibbi yardım xidməti, öz növbəsində, 2 nəfərin ciddi xəsarət alnması ilə nəticələnən cəmi bir insidentin baş verdiyini təsdiqləyib. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Ştatın qubernatoru silsilə partlayışlar törətmiş şəxs və ya şəxslər barədə doğru məlumatın verilməsinə görə 15000 dollar həcmində mükafat vəd edib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31