Gündəm
Şahzadə anasını ev dustağı etdi
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman iki ildən çoxdur ki, anasına kral Salmanla görüşməyə imkan vermir. Bu barədə informasiyanı ABŞ-ın "NBC Nyus" televiziyası yayıb. Televiziya şahzadənin öz atasına anasının xaricdə müalicə aldığı haqqında uydurma informasiyalar verdiyini bildirib.
Rusiyada seçicilərin 50 faizindən çoxu səs verdi
Rusiyada prezident seçkilərində yerli vaxtla saat 17:08-ə olan məlumata görə, seçicilərin 51,9 faizi səs verib. Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən məlumat yayılıb.
İslamı qəbul etməyən sevgilisini öldürdü - Almaniyada
Almaniyaya sığınan əfqanlıstanlı qaçqın İslam dinini qəbul etməyən sevgilisini öldürüb. Əhməd adlı 18 yaşlı əfqanıstanlı qaçqın sevgilisini İslama keçib hicab taxmağı rədd etdiyi üçün qətlə yetirib.
Türkiyə 46 şəhid verdi - Afrin əməliyyatında
Bu günə qədər Türkiyə ordusunun müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 46 hərbiçi şəhid olub, 225 hərbçi yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda 3 min 603 terrorçunun zərərsizləşdirildiyi bildirlib.
İtaliyada 25 əsrlik liman tapıldı
Yunanların Palepolis adlandırdıqları və 25 əsr bundan əvvələ aid edilən Neapol limanı İtaliyanın məşhur “Kastel-del-Ovo” qəsri yaxınlığında aşkarlanıb.
Poqba üçün yeni klub axtarılır
Pol Poqba yenə də "Mançester Yunayted"də gözləniləni verə bilmir. Media və azarkeşlərin təzyiqinə məruz qalan fransalı yarımmüdafiəçi isə potensialını açmaqda çətinlik çəkir.
Rusiya MSK-nın saytı haker hücumuna məruz qalıb
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytı haker hücumuna məruz qalıb. Məlumata görə, bunu Rusiya MSK sədri Ella Panfilova bildirib. MSK sədri haker hücumlarının hansı ölkədən gəldiyini açıqlamayıb: "Məsələni daha da dərinləşdirmək istəmirəm, hansı ölkədən gəldiyini də deməyəcəm. Bunun öhdəsindən gələcəyik".
"Heç bir rəqibdən qorxmuruq"
Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO
Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub. Bu haqda şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib. Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.
Dövlət qulluğuna qəbul üçün 710 vəzifəyə müsahibə keçiriləcək
Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı azdır Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.
Qocalar Evində Novruz bayramı şənliyi keçirilib
Bu gün Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (Qocalar Evində) Novruz bayramı münasibətilə tədbir keçirilib.
Dəhşətli "Noviçok" zəhərini hazırlayan erməni alim: "Yeni ölümlər ola bilər..."
Ötən əsrin 90-cı illərində ABŞ-a mühacirət etmiş rusiyalı kimyəvi silah mütəxəssisi, Böyük Britaniyanın Solsberi şəhərində keçmiş rusiyalı casus, QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsi üçün istifadə olunan "Noviçok" kimyəvi silahı işləyib hazırlayanlardan biri Vil Mirzəyanovon yeni ölümlərin ola biləcəyi haqda xəbərdarlıq edib.
Tənhalar üçün kafe açıldı
Hollandiyanın paytaxtı Amsterdamda tənhalar üçün kafe açılıb. Eemaal adlı kafedə bütün stollar bir nəfərlikdir. Kafenin yaranmasının ideya müəllifi rejissor və dizayner Marina Van Qurdur. Kafedə tənha insanlar rahat yemək yesin deyə bu şərait yaradılıb.
"Elə bil evlərində xalat geyinmirlər" - Ərini müdafiə etdi
Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində ötən gün efirə hamam xalatında çıxıb. Onun bu addımı sosial şəbəkədə tənqid edilib. Zaurun aparıcı həyat yoldaşı Günay Baxşəliyeva tənqidlərə münasibət bildirib:
Rusiya MSK: "Saat 12.00-a seçici fəallığı 34,72 faiz olub"
Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb. Rusiya MSK sədrinin müavini Nikolay Bulayev bildirib ki, saat 12:00-a olan məlumata əsasən ölkə üzrə seçici fəallığı 34,72 faiz olub. Hazırda seçki prosesi 88397 seçki məntəqəsində davam edir, 8630 seçki məntəqəsi isə artıq bağlanıb. Ümumilikdə Rusiyada seçkilərdə səsvermə prosesi 22 saat davam edəcək. Seçki məntəqələri yerli vaxtla saat 8-də açılıb, 20:00-da bağlanacaq. İlk olaraq Kamçatka, son olaraq Kalininqrad əhalisi səs verir.














