Poqba üçün yeni klub axtarılır
Pol Poqba yenə də "Mançester Yunayted"də gözləniləni verə bilmir. Media və azarkeşlərin təzyiqinə məruz qalan fransalı yarımmüdafiəçi isə potensialını açmaqda çətinlik çəkir.
18 Mart 2018 18:27 İdmanPol Poqba yenə də "Mançester Yunayted"də gözləniləni verə bilmir. Media və azarkeşlərin təzyiqinə məruz qalan fransalı yarımmüdafiəçi isə potensialını açmaqda çətinlik çəkir.
Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onun agenti Mino Rayola artıq yeni klub axtarışına başlayıb. Poqbaya görə sərfəli təklif gəlsə, "qırmızı şeytanlar"ın onu nəzərdən keçirməsi istisna olunmur. Belə ki, son vaxtlar Mourinyo da gənc futbolçunun xidmətlərindən intensiv formada istifadə etmir. Eyni zamanda Kriştianu Ronaldonun Poqbanı "Real"da görmək istədiyi barədə söz-söhbətlər də gəzir.