Gündəm
Almaniya 300 qaçqın qəbul edəcək
Almaniya Liviyada qeyri-leqal miqrantlar üçün düşərgədə saxlanılan 300 qaçqını qəbul edəcək. Məlumata görə, bu barədə bu gün "epd" agentliyi Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Niderland gimnastı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb
Bakıda idman gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub. Məlumata görə, sonuncu yarışmada - turnikdə hərəkətlərdə Niderland idmançısı Bart Deurlo bütün rəqiblərini qabaqlayıb - 14.700 bal.
Milyonlarla Ayfon istifadəçisi təhlükədə - Yeni cihaz
Seçki günündə ilk həbs: Sobçakın müşahidəçisi tutuldu
Kseniya Sobçakın Qroznıdakı müşahidəçisi Pyotr Verzilov həbs edilib. Bu barədə informasiyanı rusiyalı aktivist Ruslan İvanov yayıb. O, Verzilovun seçicilərə kütləvi şəkildə bülletenlərin verilməsini görərək, onlardan bunun səbəbini soruşmaq istədikdən sonra həbs edildiyini bildirib:
Çin gimnastı Bakıda qızıl medal qazandı
Çin gimnastı Hao Venq Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qalib olub. Məlumata görə, o, hakimlərdən 15.100 bal əldə edib. İkinci yeri Taybeydən olan Şih Kay Li (14.766), üçüncü yeri isə yaponiyalı Takaaki Suqino (14.633) tutub.
"O, dünya çempionatına aparılacaq"
Moratanın fiziki hazırlığında problem var idi. Bundan əlavə, çox oyun keçirməmişdi. Amma indi durumu yaxşıdı. Bu sözlər İspaniya yığmasının baş məşqçisi Julen Lopeteqiyə məxsusdu.
İnsanların ən çox gördüyü 5 YUXU
Avstraliyalı psixoloqlar 30 illik peşə fəaliyyəti illərində analiz etdikləri 100 min yuxu içərisində ən çox görülən yuxuların siyahısını tərtib ediblər. Bu yuxular içərisində xüsusilə bir neçəsi tez-tez görülür.
“Real”dan qorxmuruq – “Yuventus”
"Sarı gəlin" sədaları altında çıxış edən türkiyəli gimnast medal qazandı
ABŞ hərbi gəmisini Gürcüstana göndərdi
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus HİLL(LSD-51) gəmisi Gürcüstanın Batumi limanına yan alıb. Bu hərbi gəmi Gürcüstan Sahil Mühafizəsi Departamentinin keçirdiyi dörd günlük təlimdə iştirak edəcək. ABŞ hərbçiləri Batumidə Acarıstan Muxtar Respublikasının baş naziri Zurab Pataradze ilə görüşəcəklər.
VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib
Sabahın hava proqnozu açıqlandı
Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti olacaq.
Nəhayət, Türk Ordusu Afrində bayrağını ucaltdı - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ
Türk Silahlı Qüvvələri Afrinin tamamilə nəzarətə alınması ilə bağlı rəsmi açıqlamasını verib. Afrinin mərkəzinin bütövlükdə Türk Silahlı Qüvvələrinin əlinə keçməsindən sonra təhlükəsizlik qüvvələri işlərini bölgədə davam etdirir.














