Gündəm

Milli Məclisin vitse-spikeri: "Azərbaycan Rusiyada sabitliyin olmasında maraqlıdır"

18 Mart 2018 13:33

"Azərbaycan Rusiyada sabitliyin olmasında maraqlıdır". Məlumata görə, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, MDBParlamentlərarası Assambleyasının müşahidə missiyasının koordinatoru Ziyafət Əsgərov bildirib.

Okeanda 2 nəhəng burulğan tapıldı: İzahedilməz 

18 Mart 2018 13:30

Atlantik okeanında 2 böyük burulğan aşkarlanıb.  Burulğanlar Amazondan 200 kilometr aralı, Fransa ərazisində yerləşir. Onların hər birinin diametri ən azı 400 kilometrdir. Təqribən 1 saatda 3 km fırlanan burulğanlar səthdən yarım metr hündürlüyə qalxır. Elm adamları okeanda baş verən bu dəyişikliklərin səbəbini, eləcə də Atlantik okeanın iqliminə və bütün dünyaya təsirini öyrənməyə çalışırlar.

Bakıda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib

18 Mart 2018 13:21

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib. Məlumata görə, ilk iki yeri müvafiq olaraq 13.400 və 12.933 balla Çin təmsilçiləri Huan Luo və Sziyaqi Lyu əldə ediblər.

Moskvada 1 milyon dollarlıq oğurluq edən iki Azərbaycan vətəndaşı tutulub

18 Mart 2018 13:15

Rusiyada zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.  İnsidentlə əlaqədar saxlanılan hər iki şəxsin Azərbaycan vətəndaşları olduğu bildirilir. Hazırda dəstənin digər üzvləri axtarılır.

Məşhur azərbaycanlı müğənninin içkisinə dərman atıb zəhərlədilər - ŞOK İDDİA 

18 Mart 2018 13:08

Mələkxanım Eyyubovanın yaxın qohumu, "Xalq Ulduzu" mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) toksəkologiya şöbəsinə yerləşdirilib.

Putinin ən böyük rəqibi səs verdi

18 Mart 2018 12:56

Rusiyanın Kommunist Partiyasında prezidentliyə namizəd olan Pavel Qrudinin səsvermədə iştirak edib. Bu barədə informasiyanı "RİA Novosti" agentliyi yayıb. O, Lenin adın sovxozda yaradılan seçki məntəqəsində səs verib.

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış günü başladı

18 Mart 2018 12:36

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış gününə start verilib. Məlumata görə, final mərhələsinin ikinci günündə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Könül Xasıyeva yubiley konserti verdi

18 Mart 2018 12:31

Xalq artisti Könül Xasıyeva solo konsert verib.   Məlumata görə, xanəndənin yubileyi münasibətilə keçirdiyi konserti Heydər Əliyev Sarayında baş tutub.  K.Xasıyevanın iki günlük konsertinin aparıcılığını Hacı Nuran Hüseynov edib. Müğənni səhnədə oturaraq mahnılarını oxuyub. Oğlum Kazım da anasını gecədə tək qoymayıb. O, səhnədə anasının yanında dayanıb. 

Putin yığmaq istədiyi səs faizini açıqladı

18 Mart 2018 12:26

Seçkidə mənə prezident vəzifəsini icra etməyə imkan verəcək istənilən səs faizini uğurlu sayıram. Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib.

Baş nazirin müavini: "Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur"

18 Mart 2018 12:24

"Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur ". Bunu bu gün jurnalistlərə açıqlamasında Rumıniyanın baş nazirinin müavini Ana Birçal bildirib. A. Birçal deyib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və bu da strateji əməkdaşlığın əsasını təşkil edir: "İki ölkə arasında sadəcə siyasi, iqtisadi sahədə deyil, həm də mədəniyyət, təhsil sahələrində əlaqələr inkişaf edir. Tezliklə Azərbaycan Dillər Universitetində Rumıniya mərkəzinin açılışı istiqamətində işlər gedir. Azərbaycandan çoxlu sayda tələbə Rumıniyanın yüksək səviyyəli universitetlərində təhsil alır. Ümid edirəm ki, ilbəil hər iki tərəf arasında daha geniş əməkdaşlıq ediləcək".

SON DƏQİQƏ: Afrində Türk bayrağı açıldı

18 Mart 2018 12:20

Terrorçulardan təmizlənən Afrinin mərkəzində mehmetçik  Türkiyə bayrağını açıb.  Əməliyyatın 58-ci günündə şəhərin mərkəzi tam olaraq mqhasirəyə alınıb. Qısa müddət ərzində ələ keçirilən bölgədə terrorçulara aid heykəl və əski parçaları, bayraqlar da endirilib.

İrəvanın ermənilərə verilməsi qərarı ləğv edilməlidir - Akademik

18 Mart 2018 11:52

Elmi araşdırmalarla sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Bu barədə AMEA Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov danışıb.