Gündəm

Putin prezident seçkisində səs verdi

18 Mart 2018 11:50

Rusiya Prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkisində səs verib. Prezidentin Rusiya Elmlər Akademiyasında yerləşən 2151-ci seçki məntəqəsində səs verdiyi bildirilib.

Stoltenberq: "NATO Rusiya ilə münasibətlərə yenidən baxacaq"

18 Mart 2018 11:35

NATO müdafiə qabiliyyətini artırmalı və Rusiyaya proqnozlaşdırılmayan fəaliyyətinə qarşı hazır olmalıdır. Məlumata görə, bunu bu gün NATO baş katibi Yens Stoltenberq Almaniyanın "Welt am Sonntag" nəşrində işıq üzü görən müsahibəsində bildirib.

Gürcüstan baş naziri istefaya gedə bilər

18 Mart 2018 11:22

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə hökumətin bir neçə üzvü yaxın zamanlarda öz postunu tərk edə bilər. Bu barədə "Rustavi 2" telekanalı mənbəyə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, hökumət başçısının Rusiya rəhbərliyinə ikitərəfli münasibətlərin qurulmasına dair müraciətini əks etdirən məktubunun nəşr olunmasından sonra baş nazirin mümkün gedişi müzakirə olunmağa başlayıb.

Afrində Türkiyə ordusunun NƏZARƏTİNƏ KEÇDİ - YENİLƏNDİ

18 Mart 2018 11:19

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhəri nəzarətə götürülüb.

İsrail Qəzzanı bombaladı

18 Mart 2018 11:15

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən HƏMAS-ın mövqeyinə hava zərbəsi endirib.

Saakaşvilinin tərəfdarları Kiyevdə həbs edildi

18 Mart 2018 11:10

Ukrayna polisi Kiyevdə Mixail Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasından olan fəalları həbs edib. Bu barədə informasiya partiyanın Feysbuk səhifəsində yerləşdirilib. Onların Azadlıq Meydanında səhnə quraşdırmaq istədikləri zaman saxlanıldığı vurğulanıb.

Masallıda qəza: 4 nəfər yaralandı

18 Mart 2018 11:06

Masallıda yol qəzası baş verib. Məlumata görə, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul etdi

18 Mart 2018 11:01

Bu gün Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

18 Mart 2018 11:00

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır.

Tereza Mey Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyini vəd edib

18 Mart 2018 10:57

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.   “Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik.  Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz  bizə hərtərəfli dəstək verir”, - deyə Mey qeyd edib.

Deputat: "Qlobal Bakı Forumu dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanıdır"

18 Mart 2018 10:53

Bu gün Azərbaycan qlobal problemlərin müzakirə edildiyi, onların həlli yollarının müəyyənləşdirildiyi, eyni zamanda dünya cəmiyyətləri üçün birgəyaşayış, dini, irqi və siyasi dözümlülük modelinin təqdim olunduğu humanitar dialoq mərkəzinə çevrilib.