Milli Məclisin deputatları Rusiyada prezident seçkilərini müşahidə edirlər
18 Mart 2018 11:37 DünyaMilli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının tərkibində Rusiyada prezident seçkilərini müşahidə edirlər. Məlumata görə, Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.
Z. Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə edəcəklər.
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31