Tereza Mey Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyini vəd edib

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.   “Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik.  Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz  bizə hərtərəfli dəstək verir”, - deyə Mey qeyd edib.

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.   "Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik.  Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz  bizə hərtərəfli dəstək verir", - deyə Mey qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb. Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou xarici işlər nazirliyinə çağırılıb. Apa.az Gazeta.ru-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31