Ərdoğan: "Afrin şəhəri tam nəzarətə götürülüb"

"Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb". Məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. R. T. Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Apa.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31