Filippində oteldə yanğın: 4 nəfər öldü

Filippinin paytaxtı Manilada oteldə baş verən yanğın nəticəsində azı 4 nəfər həyatını itirib. Bu barədə "Rappler" nəşri yazıb.

Bildirilir ki, daha 6 nəfər hadisə nəticəsində xəsarət alıb. Əldə edilən məlumata görə, yanğın binanın təmir işləri aparılan ikinci mərtəbəsində başlayıb. Qatı tüstü bütün əraziyə yayılıb. Nəticədə yaxın yolların bağlanması qərara alınıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31