Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.  Bu haqda  şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib. Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

 

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.

Bu haqda  şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan - Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

"Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib", - deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31