Gündəm
"Qalatasaray" ikinci yaponiyalı futbolçunu transfer edir
Qış fasiləsində Naqatomonu heyətinə cəlb edən “Qalatasaray” Portuqaliya komandası “Portimonensi”də oynayan yaponiyalı Nakajimanı izləməyə başlayıb. Bu barədə Hollandiya və Portuqaliya mətbuatı iddia ilə çıxış edib.
Masallıda “ASAN həyat şənliyi”
Masallı “ASAN həyat” kompleksində Novruz şənliyi keçirilib və şənlik rayon sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Masallı “ASAN xidmət”in direktoru Vidadi Muxtarov çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. “ASAN xidmət”in qarşısındakı meydanda keçirilən mərasimdə bayram tonqalları yandırılıb. Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.
ABŞ fəlakətə doğru gedir - Putin XƏBƏRDARLIQ ETMİŞDİ
ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə 21 trilyon dolları ötüb. Bu haqda ABŞ-ın bu Maliyyə Nazirliyinə istinadən CBS telekanalı bildirib.
Diqqət! Kimdə SSRİ dövrünün qəpikləri varsa, milyoner olacaq! Səbəbi və qiymətləri
Siz bilirsinizmi ki, köhnə xırda pullar çox bahalıdır? Məsələn, keçmiş SSRİ-in bəzi sikkələri böyük məbləğdə pula satılır! Bu məqalədə, müxtəlif illərdə buraxılmış sikkənin dəyərinə baxacağıq.
21 il əvvəl ölmüş arvadının sümüklərini məzardan çıxardı, səbəbi biləndə tükləriniz biz-biz duracaq
61 yaşlı Li Vanın arvadı 2003-cü ildə dünyasını dəyişdi. O, həddən ziyadə sevdiyi arvadının məzarından ayrı dura bilmədi, gecələr məzarın yanında yatdı və 22 ay belə oldu.
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
Araşdırmaçı fotoqraf İsmət İsmailinin Kosovoda tapdığı unikal elektrik transformatoru elm aləmində əməlli-başlı şok yaradıb. Teleqraf.com xəbər verir ki, tapıntının heyrət doğuran əsas yanı onun 20 min illik tarixə malik olmasıdır.
Türkiyəyə qarşı partizan müharibəsi başlayır – Qərbdən TƏHDİD KİMİ PROQNOZ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) Suriyanın Afrin bölgəsində məğlub olan YPG terror təşkilatı partizan savaşı ilə cavab verməyə hazırlaşır. Bu haqda Böyük Britaniyanın “Qardiyan” nəşrinin Yaxın Şərq üzrə müxbiri Martin Çulov iddia edib. Afrinin şəhər mərkəzinin 48 saatdan qısa müddətdə ələ keçirilməsinə diqqət çəkilən xəbərdə qeyd edilir ki, şəhərin uzunmüddətli və çətin mühasirədən sonra alına biləcəyi barədə proqnozlar da özünü doğrultmadı.
Özündən 20 yaş kiçik qızla evlənən Özcan Dənizlə bağlı ŞOK İDDİA
Xəbər verdiyimiz kimi, Özcan Dəniz keçən həftə özündən 20 yaş kiçik, 7 aylıq hamilə olan Feyza Aktan adlı xanımla ailə qurub. İddialara görə, aktyorun həyat yoldaşının ailəsi onların münasibətinə qarşı çıxıb.
Millimizin üzvü alman klubundan qovuldu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi “Ayntraxt” klubundan qovulub. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərə görə, futbolçunun qovulmasına səbəb intizamsızlığı olub.
Zaurun efirə xalatla çıxmasına MTRŞ-dan münasibət
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.
Kaliforniyada Novruz bayramı
Novruz bayramı münasibətilə Kaliforniyanın Los Anceles şəhərində geniş tədbir keçirilib. Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər. Olaylar.az bildirir ki, CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışıb. K.Məmmədova Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.
Könül Xasıyeva səfir oldu
Xalq artisti Könül Xasıyeva “Həyat” Fondunun səfiri təyin olunub. Bu haqda xanəndənin Heydər Əliyev Sarayında baş tutan konsertində aparıcı Hacı Nuran Hüseynov deyib.
Türkiyənin Danimarkadakı səfirliyinə SİLAHLI HÜCUM
Danimarkada yerləşən Türkiyə səfirliyinə silahlı hücum təşkil edilib. Bu barədə Kopenhagen rəsmiləri məlumat yayıb. İlkin məlumatlara görə, bu gün səhər saatlarında hücum edən şəxslər səfirliyin pəncərəsindən içəri molotov kokteyli atıb.
MSK efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirəcək
Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək. Püşkatma bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında olacaq. İctimai Televiziya və Radio Yayımları Şirkəti namizədlərə həftədə 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat ödənişsiz efir vaxtı ayıracaq.














