Masallıda “ASAN həyat şənliyi”

Masallı “ASAN həyat” kompleksində Novruz şənliyi keçirilib və şənlik rayon sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Masallı “ASAN xidmət”in direktoru Vidadi Muxtarov çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. “ASAN xidmət”in qarşısındakı meydanda keçirilən mərasimdə bayram tonqalları yandırılıb. Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.

Masallı "ASAN həyat" kompleksində Novruz şənliyi keçirilib və şənlik rayon sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Masallı "ASAN xidmət"in direktoru Vidadi Muxtarov çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

"ASAN xidmət"in qarşısındakı meydanda keçirilən mərasimdə bayram tonqalları yandırılıb. Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.

"ASAN həyat şənliyi" devizi ilə keçirilən konsert proqramında Masallının "Halay" folklor rəqs kollektivi, respublikanın tanınmış estrada müğənniləri Yaşar Cəlilov, Emil Bədəlov və Zemfira İbrahimova bir-birindən gözəl mahnılarla tamaşaçıların zövqünü oxşayıblar.

Masallı şəhərindəki "ASAN həyat" kompleksinin kino-klubunun yay səhnəsində isə "Ağ tük" filminin təqdimatı olub.

Qeyd edək ki, oxşar Novruz şənliyi 19 mart Mingəçevir "ASAN həyat" kompleksində, 25 mart isə Quba "ASAN həyat" kompleksində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31