Gündəm
Messi: “Bu dəfə də dünya çempionu ola bilməsək...”
DÇ-2018 mundialın qalibi olmaq üçün Argentina millisinin hazırkı nəslinin son şansıdır. Bunu yığmanın kapitanı Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib. İspaniyanın "Barselona" klubunun hücumçusu bildirib ki, bu dəfə dünya çempionu ola bilməsələr, bir də heç vaxt belə imkan yaxalamayacaqlar.
"Oğluma görə məni bıçaqlamaq istəyiblər" - Xanım müğənni - VİDEO
ARB TV-nin "Sirdaş Rövşanə" proqramının növbəti qonağı müğənni Şəhla Həmidova olub. Müğənni övladı üçün hətta bıçaqla hədələndiyini də bildirib.
Gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək. “OLAYLAR” xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya elminə olan marağını artırımaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
“Məzun evi”nin sakinlərinə bayram sovqatı paylanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi xalqımızın bütün əziz bayramlarında öz sevincini ehtiyacı olan ailələrlə bölüşür. Novruz bayramında da bu ənənə davam etdirilib.
Afrində PARTLAYIŞ - Ölənlər var
Suriyanın Afrin şəhərində 4 mərtəbəli binada partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində 11 nəfərin öldüyü bildirilir. Məlumata görə, ölənlərdən 4-ü dinc sakin, 7 nəfəri isə Azad Suriya Ordusunun üzvləridir.
Elxan Şahinoğlu: “Qrudinin ikinci olacağı bəlli idi”
“Rusiyada gözlənilən baş verdi, Vladimir Putin böyük səs çoxluğu qazanaraq elə birinci mərhələdə prezident seçildi, Pavel Qrudinin də ikinci olacağı bəlli idi. Ən böyük sürprizi Kseniya Sobçak etdi, o Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Qriqori Yavlinskini az da olsa qabaqlaya bildi”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində möhtəşəm Novruz şənliyi keçirilib
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, yerli azərbaycanlılar və özbəklər, Daşkənddəki çoxsaylı ali məktəblərin müəllim və tələbələri, mötəbər qonaqlar iştirak ediblər.
Şou zamanı bədbəxt hadisə: Rəqqas öldü- VİDEO
"Cirque Du Soleil" adlı rəqs qrupunun göstərdiyi şou bədbəxt hadisə ilə yarımçıq qalıb. Floridada - Tampada rəqs nümayişi zamanı hündürlükdən yıxılan rəqqas həyatını itirib. Qrupun "VOLTA" performansı zamanı bir rəqqas metrlərlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb və vəfat edib. Hadisə izləyicilədən biri tərəfindən lentə alınıb. Proqram təxirə salınıb.
Hərbi hissədə Novruz şənliyi keçirilib
Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun ayrı-ayrı bölmələrində şənliklər keçirilir. Bu tədbirlərin davamı olaraq düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar.
Güləşçilərimizdən çağırış: “Prezident seçkilərində İlham Əliyevə səs verək”
11 aprel 2018-ci il tarixdə ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Azərbaycan Güləş Federasiyasında yığma komandaların məşqçi və idmançılarının iştirakı ilə seçki öncəsi toplantı keçirilib. “OLAYLAR”-a Federasiyadan bildirilib ki, AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə keçirilən görüş zamanı Olimpiya, Dünya, Avropa Çempionları və eləcə də gənc güləşçilər prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklərini qeyd ediblər.
Cəbhədən son xəbər
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
Nyu-Yorkda möhtəşəm Novruz bayramı
Nyu Yorkda Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunub. “OLAYLAR” xəbər verir ki, tədbirə Azərbaycanın sevimli müğənnisi Könül Kərimova və istedadlı bəstəkar, ifaçı və müğənni Cabbar Musayev öz ifaları ilə rəng qatıblar.
Bakı sərnişin stansiyasında Novruz şənliyi
Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində - 20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, hemofiliya, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.
Dayı 24 yaşlı bacısı qızını zorladı - Xəbərim olmadan cinsi əlaqədə olub
Erzurumda bacısının 24 yaşlı qızına təcavüz edən və doğulan körpənin DNT testi cavabı ilə atası olduğu təsdiqlənən evli, 2 uşaq atası A.İ.-nin (42) 21,5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
Şərq dünyasında Novruz
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Fondun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənovanın rəhbərlik etdiyi 53 nömrəli tam orta məktəbdə “Şərq dünyasında Novruz” adlı tədbir keçiriblər. Təcrübəçi tələbələr Şəms Balabəyova, Ülkər Nuri, Ləman Quliyeva hazırladıqları təqdimatda məktəblilərə qədim Novruz adətləri, Novruz bayramının tarixi və ritualları, Şərq ölkələrində baharın gəlişi ilə bağlı milli bayramlar barədə geniş məlumat veriblər. Fəal şagirdlərə Bilik Fondu adından kitablar hədiyyə edilib.














