Gündəm
Əmək Nazirliyi 15 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Əflatun Amaşov: "Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır"
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır. Məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.
Nuşirəvan Məhərrəmli onlardan XAHİŞ ETDİ
“Bəzən seçki ərəfəsində təbliğat üçün namizədlərin telekanallara ödədikləri vəsait, mal və xidmətlərin reklamı zamanı ödənilən vəsaitdən az olur. Telekanal rəhbərləri də çox zaman bundan şikayətlənirlər”. Bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Seçkilərdə KİV-in rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Bakıda binanın zirzəmisindən üzərində ərəb və fars dillərində yazı olan silah tapılıb
Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb. Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Əli Həsənov: "KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”
"Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir”. Məlumata görə, bunu Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Baş redaktor: “Seçicilərimiz yenidən İlham Əliyevə səs verəcəklər”
“Ümumiyyətlə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı proseslər çox uğurla davam edir. Bu ilin martın 19-na kimi Mərkəzi Seçki Komissiyası namizədlərin qeydiyyatını, imzatoplama kampaniyasını və s. digər məsələləri həyata keçirdi”. Bunu “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI – SENSASİON MÜSAHİBƏ
Onunla üz-üzə gəlməyə, hətta söhbətləşməyə tərəddüd edirdim. Çünki faciənin yaşayan tərəfi o idi. Hamı cavabsız qalan bütün sualları onda axtarırdı, o isə 20 kvadratlıq otaqda qaçmağa yer. İstənilən cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs 4 divar arasına məhkum edilir və ən ağır cəza olaraq bu verilir.
Yerli İdarəetmə ilə Əməkdaşlığının Gücləndirilməsi – Layihə
“Tərəqqi” Sosial Tədiqatlar və "Dalga" Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyəti və Vətəndaşların Maraqlarının Müdafiəsi" layihəsi çərçivəsində birgə həyata keçirdiyi “İcmanın Yerli Problemlərin Həllində Səlahiyyətlərinin Artırılması və Yerli İdarəetmə ilə Əməkdaşlığının Gücləndirilməsi” layihəsi çərçivəsində icma nümayəndələri üçün təlimləri digər hədəf rayonda davam etdirir. Bu dəfə təlim 16-18 mart 2018-ci ildə Sabirabad rayonunda fəal icma nümayəndələri üçün təşkil olundu.
AMEA əməkdaşları üçün bayram yarmarkası
AMEA-nın Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademiyanın əməkdaşları üçün bayram yarmarkası təşkil olunub.
Politoloq: “Rusiya ilə Türkiyə arasında iki fərq var”
“Rusiya və Türkiyə də Suriyada hərbi əməliyyat keçirdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ancaq Rusiya ilə Türkiyə arasında iki önəmli fərq var: “Birincisi, Rusiya haranı gəldi bombardman etdi, terrorçularla yanaşı xeyli mülki və günahsız insan həlak oldu, Türkiyə ordusu isə mülki insanlar arasında itkiyə yol vermədən Afrini ələ keçirdi, elə məhz buna görə əməliyyat xeyli uzandı.
"Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın..." - Natavan
“Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”. Məlumata görə, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib. Sənətçi “W-trio” qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb: “W-trio” ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə “salam-sağ ol” var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır”.
Bu dəfə barışıq addımı Röyadan gəldi - illərin küsülülüyü bitdi
İllərdi küsülü olan əməkdar artisr Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova arasında buzlar əriyib. Məlumata görə, Elnarənin keçmiş rəfiqələrinə barışıq addımı atması cavabsız qalmayıb. Onun bu təklifinə Natavan müsbət reaksiya verib.
Jirinovskidən gündəmi dəyişdirəcək PROQNOZ: 6 il sonra...
Martın 18-də keçirilən prezident seçkiləri Rusiyada son ola bilər. Bunu prezidentliyə namizədlərdən olan Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib. Partiya sədri prezident seçkilərinin ləğvini proqnozlaşdırıb. Növbəti seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, Jirinovski belə cavab verib: “Altı il sonra başqa seçkilər olacaq, şərait yüz fazi dəyişəcək”.
MSK sədri: "Prezidentliyə namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq"
“Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”. Bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.
Saakaşvili: "Poroşenko məni əsir götürməklə səhv etdi"
Ukrayna hakimiyyəti Putinin metodları ilə hərəkət edir. Bunu “Nyusvan” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.














