Nyu-Yorkda möhtəşəm Novruz bayramı
Nyu Yorkda Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunub. “OLAYLAR” xəbər verir ki, tədbirə Azərbaycanın sevimli müğənnisi Könül Kərimova və istedadlı bəstəkar, ifaçı və müğənni Cabbar Musayev öz ifaları ilə rəng qatıblar.
19 Mart 2018 11:56 MədəniyyətNyu Yorkda Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunub. "OLAYLAR" xəbər verir ki, tədbirə Azərbaycanın sevimli müğənnisi Könül Kərimova və istedadlı bəstəkar, ifaçı və müğənni Cabbar Musayev öz ifaları ilə rəng qatıblar.
Bundan başqa Nyu York şəhərində fəaliyyət göstərən "My way"( Mənim yolum) Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblı da gecədə maraqlı proqramlarla çıxış edib. Qeyd edək ki, Mərkəzin rəhbəri Alyona Badalova, ansamblın xoreoqrafı isə Rəşidə Məmmədovadır. Gözəl və sevilən müğənnimiz Tereza Elizarova da öz şux mahnıları məclis iştirakçılarında xoş anlar yaşadıb.
Azərbaycan-Amerika Qadın Cəmiyyətinə istinadən xəbər verir ki, gecədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, Yaşar Əliyev və müavini Fərid Cəbrayılov, Bruklin şəhərinin prezidentinin marketinq və ictimai əlaqələr üzrə direktoru, xanım Lori H Luis və digər qonaqlar iştirak ediblər. Bayram tədbirinin fəxri qonaqları arasında Dağ Yəhudi icmasının liderləri Yakov Abramov və Pinkhas Avshalumov, Azərbaycanın futbol üzrə idman ustası Elşən Qənbərov da olub.
Cəmiyyətdən bildirilib ki, bayram tədbiri həm xalqımızın sevimli bayramı olan Novruz, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunub.
Qeyd edək ki, tədbirin keçirildiyi məkan bayram xonçaları və səmənilərlə bəzədilib. Bayram tədbirinin aparıcıları Mehriban Nasib və Samir Quluzadə olub.