"Qalatasaray" ikinci yaponiyalı futbolçunu transfer edir
Qış fasiləsində Naqatomonu heyətinə cəlb edən “Qalatasaray” Portuqaliya komandası “Portimonensi”də oynayan yaponiyalı Nakajimanı izləməyə başlayıb. Bu barədə Hollandiya və Portuqaliya mətbuatı iddia ilə çıxış edib.
19 Mart 2018 11:42 İdmanQış fasiləsində Naqatomonu heyətinə cəlb edən "Qalatasaray" Portuqaliya komandası "Portimonensi"də oynayan yaponiyalı Nakajimanı izləməyə başlayıb. Bu barədə Hollandiya və Portuqaliya mətbuatı iddia ilə çıxış edib. Xəbərə görə, "Qalatasaray"la yanaşı, "Benfika", "Porto", "Mançester Yunayted", "Napoli", "Sent-Etiyen", "Ştutqart", "Dortmund", "Atletiko Madrid", "Alaves" komandaları da yaponiyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
23 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur. Sağ ayağını daha çox istifadə edən Nakajima bu mövsüm çıxdığı 27 matçda 9 məhsuldar ötürmə edib. Publika.az