“Çeburaşka” - Gənc Tamaşaçılar Teatrında 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirilib. Olaylar.az bildirir ki, uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduard Uspenskinin "Timsah Gena və dostları" əsəri əsasında hazırlanan "Çeburaşka" tamaşasının premeyrası keçirilib.

Olaylar.az bildirir ki, uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada rolları Səbinə Məmmədova (Çeburaşka), Ceyhun Məmmədov( Gena), Zülfiyyə Alhüseynova(Şapoklyak), Xaliq Bəkirov (Kolya), Əməkdar artist Almaz Mustafayeva (Mariya Frantsovna), Ədalət Əbdülsəməd( polis) və başqaları ifa edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31