Gündəm
“Könül İnciləri” təqdim olunacaq
Martın 24 - də Xətai Sənət Mərkəzində Bakıda böyüyüb boya-başa çatmış gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi keçiriləcək. Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olub. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlayıb. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri alıb.
4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib
4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Fransada silsilə hücumlarla bağlı 1 nəfər saxlanılıb
Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində bir nəfər saxlanılıb. Məlumata görə, bu barədə Paris şəhərinin prokuroru Fransua Molens bildirib. F.Molens silsilə hücumların Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim tərəfindən törədildiyini təsdiq edib.
Şəhriyar Məmmədyarov 11-ci turda da heç-heçə etdi
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.
Məşhur futbolçunun 5 yaşlı oğlu öldü
İspaniya yığmasının sabiq qapıçısı Santyaqo Kanisaresin 5 yaşlı oğlu dünyasını dəyişib. Onun Santi adlı övladı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aylardı davam edən müalicə Kanisaresin oğlunun həyatda qalmasına kömək etməyib.
İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib
20 Avropa dövləti diplomatlarını Rusiyadan geri çağırmaq fikrindədir
Avropanın 20 dövləti "Sripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır. "The Times" xəbər verir ki, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.
İtkin düşən Türkiyə əsgərlərinin cəsədi tapıldı
Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan iki türk əsgərinin cəsədi tapılıb. Əməliyyat zamanı Türkiyə ordusunun əsgərləri - Kaan Usta və Məhməd Muradoğlu itkin düşmüşdü. Hava şəraitinin əlverişli olmaması səbəbindən onların cəsədləri tapılmamışdı. Türk ordusu Afrində nəzarəti tam ələ keçirəndən sonra sözügedən şəhidlərin cəsədləri tapılıb.
Yaponiya Trampın qərarını ləğv etmək üçün...
Tez bişən supların orqanizmə zərərləri...
Bu cür suplar qısa müddət ərzində bişir və çox dadlı olur. Mətbəxtdə az vaxt keçirmək istəyən insanlar, tələbələr bu cür qidalardan istifadə etməklə öz vaxtlarına qənaət etmiş olurlar. Amma onun orqanizmə verdiyi zərərlər barədə düşünmək heç kimin ağlına gəlmir. Halbuki mütəxəssislər onun orqanizmə aşağıdakı zərərlərinin olmasını təsdiqləyirlər:
Perunun yeni prezidenti məlum olub
Perunun yeni prezidenti məlum olub. Məlumata görə, ölkənin birinci vitse-prezidenti Martin Viskarra prezident vəzifəsinə təyin olunub.
Elxan Şahinoğlu: “Kasprişikin fəaliyyəti işğalçılara xidmətdir” ŞƏRH
“ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, 2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Hesabatda ən önəmli cümlə budur: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kaspşikin ofisi fəal təsir göstərib”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Masallıda baş verən güllələnmənin TƏFƏRRÜATI: qəbirstanlıqda qarşısını kəsib
Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib. Masallı rayonunun Qızlavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib. Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.
Yaz depressiyası başladı: Necə qurtulaq?
Havaların isinməsi, günlərin uzanması, günəşin daha çox görünməsi, insan bədənindəki bioritimlərin və hormonal balansların kəskin dəyişməsi bahar, yaz depressiyası yaradır. Aprel ayının gəlişi ilə əksər insanlarda bu cür depressiv hal yaşanır.














