Şəhriyar Məmmədyarov 11-ci turda da heç-heçə etdi
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.
24 Mart 2018 11:23 İdmanBu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.
Məmmədyarov 6,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, birinci pillədə isə 7 xal ilə ABŞ təmsilçisi Fabiano Karuana qərarlaşıb. Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir. Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək. Publika.az