Gündəm
PKK-dan Türkiyəyə qarşı hiylə: Sincar oyunu...
Bir müddət əvvəl PKK terror qruplaşmasının İraqın Sincar bölgəsindən çəkilməsi ilə bağlı yayılan xəbərlərin dünya ictimaiyyətini aldatmaq, gözündən pərdə asmaq məqsədi daşıdığı iddia edilib.
Qorxunc rəqəm: 124 milyon insan ölümlə üz-üzə
Dünyada yaşanan savaşlara, qarşıdurmalara görə aclıq səbəbindən ölüm riski son iki ildə 55 faiz artıb. Bu sözləri BMT-nin Dünya Qida proqramının icraçı direktoru Devid Besli söyləyib.
“YouTube”-dan yeni addim - Bu videolara senzura qoyulacaq
"Youtube" videoportalı odlu silahlarla bağlı videolara əlavə məhdudiyyətlər qoyacaq. "Google"a məxsus olan "YouTube"un tətbiq edəcəyi məhdudiyyət çərçivəsində odlu silahlar, səsboğucuların düzəldilməsi və montajı barədə məlumatların yer aldığı videolara əngəl yaradacaq.
Türkiyədə ağır yol qəzası: 4 ölü, 27 yaralı
Türkiyənin mərkəzi vilayəti Aksarayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobusun yoldan çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Sərnişinlərin hamısı Türkiyə vətəndaşıdır.
Gömrükdən 36 kq qızıl keçirmək istədi, tutuldu
Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Rusiyada oğurluq edən azərbaycanlı tutuldu
Üçüncü dəfə Konqo millidən imtina edib
"Tuluza" klubunun yarımmüdafiəçisi Janelli İmbula üçüncü dəfə Konqo millisində oynamaqdan imtina edib. 25 yaşlı havbek Fransa millisindən təklif gözləyir. Belçikada anadna olan İmbulanın Fransa pasportu da var. O, hər 3 yığmanın formasını geyinə bilər. Amma futbolçu "xoruzlar"ın şərəfini qorumaq istəyir.
Tanınmış müğənnimizi zəhərlədilər, xəstəxanaya düşdü
Bir aya yaxın xəstəxanada yatan müğənni Aytac Vidadıqızı zəhərləndiyini açıqlayıb. Mərhum müğənni Vidadi Bərdəlinin qızı el şənliklərinin birində onu zəhərlədiklərini iddia edib: "Əslində bu barədə danışmaq istəmirəm. İstəmirəm ki, bu cür xəbərlər yayılsın. El şənliklərin birinə dəvət olunmuşdum, ya yeməyimə, ya da çayıma nəsə qatmışdılar. Zəhərləndim, çox əziyyət çəkdim. Özümü çox pis hiss elədim, həmin günü evdə yatdım. İnsan gərək sənət dostlarını çox yaxına buraxmasın. Bəzi musiqiçilərdən uzaq durmaq lazımdı. Çünki əksəriyyəti adama pul gözündə baxır. Əslində məni zəhərləyən adamın kimliyini bilirəm. Amma bir gün hər şeyi açıqlayacam".
Cengiz Ünder zədələndi
"Roma"nın hücumçusu Cengiz Ünder Türkiyə millisinin düşərgəsində zədələnib. 20 yaşlı futbolçunun dizində dartılma şakarlanıb. Onun İrlandiya ilə oyunda iştirak etməyəcəyi dəqiqdir. Çernoqoriya ilə matçda (27 mart) da Cengizin meydana çıxması sual altındadır. Ünder son vaxtlar "Roma"da yaxşı çıxışına görə seçilir. Onun komandası Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə qarşılaşacaq.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası regional əməkdaşlıq münasibətlərini genişləndirməkdədir
Bu gün Türkiyənin Ankara şəhərində Türkiyə Vəkillər Kollegiyaları Birliyinin təşkilatçılığı ilə Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinə (TÜRK-AV) üzv ölkələrin ümumi yığıncağı keçirilmişdir. Türkiyə, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, və Albaniyanın vəkilllər kollegiyaları tərəfindən 2016-cı ildə təsis olunmuş bu təşkilatın əsas məqsədi region ölkələrinin vəkillik qurumları və vəkillləri arasında peşəkar əməkdaşlıq platformasının təşkil edilməsi ilə qarşılıqlı tərcübə mübadiləsinin təmin edilməsindən ibarətdir.
İrem Dericini ağladan sürpriz
Müğənni İrem Dericinin ötən gün 31 yaşı tamam olub. İfaçıya yaxın dostu, müğənni Mustafa Ceceli sürpriz edib. O, İremin səsyazma studiyasına tort gətirib. Studiyaya daxil olan Derici tortu və üzərində yanan şamları görərək göz yaşlarına hakim ola bilməyib.
İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar
İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar. Bunu Nyu-York ştatının Cənub dairəsinin prokuroru Ceffri Berman deyib. "Əmək Nazirliyi, BMT və Energetikanın tənzimlənməsi üzrə federal komissiya onların qurbanı olub", - deyə RİA "Novosti" Bermanın sözlərini sitat gətirib.
"Tottenhem" müdafiəçi ilə maraqlanır
"Tottenhem" heyətini "Vest Bromviç Albion"un müdafiəçisi Conni Evansla gücləndirmək istəyir. Albion klubu Premyer Liqada yerini qoruya bilməsə, 30 yaşlı futbolçunun müqaviləsində 3 milyon funtluq buraxılış qiyməti aktivləşəcək. Hazırda klub turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və elitada qalması möcuzəyə bərabərdir.
Əfqanıstanın cənubunda güclü partlayış olub: 15 ölü, 50 yaralı
Çavuşoğlu: "Hansı Avropa ölkəsi bu hüquqlara hörmət göstərə bilərdi?"
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Le Monde” qəzetində “Türkiyə: Avropanın təhlükəsizliyi üçün əvəzedilməz müttəfiq” başlıqlı məqaləsi dərc olunub. Türkiyənin Azərbaycandakı səfirliyindən Olaylar.az - a verilən məlumata görə, məqalədə deyilir: İŞİD kimi terror təşkilatları ilə mübarizə və miqrasiya istiqamətləri hazırda Avropa ölkələrinin qarşısında duran ən böyük çətinliklərdir. Türkiyə, bu çətinlikləri aşma mövzusundakı beynəlxalq səylər kontekstində mühüm bir rol oynamağa davam etməkdədir.














