Gündəm

Mübariz Tağıyevin 70 illiyi qeyd ediləcək

23 Mart 2018 18:48

Aprelin 25-də Heydər Əliyev Sarayında Xalq Artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Adriana Lima İstanbulda sevgilisinin ailəsi ilə tanış oldu 

23 Mart 2018 18:44

Dünya şöhrətli model sevgilisi Adriana Lima yəhudi əsilli türk sevgilisi Metin Haranın ailəsi ilə tanış olmaq üçün İstanbula gəlib. Model Amerika tətillərindən sonra Türkiyəyə gəlib. Bu yaxınlarda Adriana Limanın ailəsi ilə tanış olan Hara bu dəfə sevgilisini öz ailəsinə təqdim edib. Adriana Lima ilə Metin Hara dünən axşam ailələri ilə birlikdə restoranda yemək yeyib.

Əli Həsənov: "Bu yaxşı nümunənin başlanğıcı hesab oluna bilər"

23 Mart 2018 18:41

"Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim bundan öncə yazdığım hər iki statusun başlıca məqsədi olmuşdur". Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

Türkiyə Şimali İraqa uçuş qadağasını ləğv etdi

23 Mart 2018 18:36

Türkiyədən Şimali İraq Kürd Muxtariyyətinə qoyulan uçuş qadağası aradan qaldırılıb. Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım danışıb. “Şimali İraqa uçuşlar üçün hava sahəmizi bu gün etibarı ilə açırıq. Ərbilə uçuş qadağası aradan qaldırıldı”, – Binəli Yıldırım deyib.

Lənkəranda bədbəxt hadisə: Təndirə düşən qadın yanaraq öldü

23 Mart 2018 18:32

Lənkəran rayonunda çörək bişirən zaman təndirə düşən 50 yaşlı qadın yanaraq ölüb. Hadisə rayonun Aşağı Təngivan kəndində baş verib. Belə ki, çörək bişirmək üçün təndir qalayan kənd sakini, 1968-ci il təvəllüdlü Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb.

Daha iki ölkə Rusiyadan İMTİNA EDİR

23 Mart 2018 18:31

İngiltərədən sonra daha iki ölkə Rusiya diplomatlarını ölkədən çıxarmaq barədə qərar verib. İngiltərə və Rusiya arasında casus böhranı digər ölkələrlə də münasibətlərə təsir edir.

Hadisə haqqında ŞOK İDDİA

23 Mart 2018 18:30

Müğənni Hadisə haqqında inanılmaz iddia irəli sürülüb. İfaçı 2 il sahibkarlığını etdiyi çimərliyin sahibinə olan 1 milyon 900 min TL (təxminən 950 min manat) borcunu ödəməyib. Çimərliyin keçmiş sahibi Hadisəni məhkəməyə verib. Bundan sonra Hadisə borcunun yarısını ödəyib.

Əflatun Amaşov: "Bu adamlar "baxın, biz də iş görürük" mesajı vermək istəyirlər"

23 Mart 2018 18:28

Ölkə və xalq üçün həssas və taleyüklü proseslər var. Bu prosesləri layiqli həyata keçirmək yalnız bir toplumun gələcəyi baxımından əhəmiyyətli deyil. Burada söhbət xalqın və dövlətin dünyada özünü necə təsdiqləməsindən də gedir. Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

İŞİD-dən Fransa paytaxtına hücum - 3 ölü, 12 yaralı (YENİLƏNİR)

23 Mart 2018 18:26

Treb şəhərində supermarketə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb. Şəhərin merinin sözlərinə görə, həlak olanlardan biri supermarketdə işləmiş qəssabdır. İkincisi müştəri, üçüncü qurban isə, ilkin məlumatlara görə, cinayətkar tərəfindən oğurlanmış avtomobilin sərnişinidir.

Türkiyə kəşfiyyatı: Ölkəyə iki minə yaxın terrorçu daxil olub

23 Mart 2018 16:33

Türkiyə kəşfiyyatı ölkə ərazisinə İraqın şimalından iki minə yaxın terrorçunun daxil olduğunu bildirib. PKK terror təşkilatına mənsub şəxslərin Türkiyəyə daxil olması barədə məlumatlar Silahlı Qüvvələrə ötürülüb.

Andrea Pirlo İtaliya millisinə qayıda bilər

23 Mart 2018 16:28

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo "mavi eskadra"ya qayıda bilər. "Maestro" İtaliya Futbol Federasiyasının nümayəndələri ilə görüşüb. Antonio Konte və ya Karlo Ançelotti millinin sükanı arxasına keçsə, Pirlo məşqçilər korpusuna daxil ediləcək.

"Barselona"nın keçmiş məşqçisi "Çelsi"yə keçir

23 Mart 2018 16:23

"PSJ" futbol klubu "Barselona" klubunun keçmiş baş məşqçisi Luis Enrike ilə danışıqları dayandırıb. Buna səbəb ispaniyalı mütəxəssisin "Çelsi" ilə müqavilə bağlamağa yaxın olduğudur. Mövsümün sonunda Enrikenin London klubunda Antonio Konteni əvəz edəcəyi gözlənilir.