Türkiyə Şimali İraqa uçuş qadağasını ləğv etdi

Türkiyədən Şimali İraq Kürd Muxtariyyətinə qoyulan uçuş qadağası aradan qaldırılıb. Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım danışıb. “Şimali İraqa uçuşlar üçün hava sahəmizi bu gün etibarı ilə açırıq. Ərbilə uçuş qadağası aradan qaldırıldı”, – Binəli Yıldırım deyib.

Türkiyədən Şimali İraq Kürd Muxtariyyətinə qoyulan uçuş qadağası aradan qaldırılıb. Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım danışıb.

"Şimali İraqa uçuşlar üçün hava sahəmizi bu gün etibarı ilə açırıq. Ərbilə uçuş qadağası aradan qaldırıldı", - Binəli Yıldırım deyib.

Qəbul edilən qərarın Süleymaniyyə ərazisində tətbiq edilməyəcəyi və bu əraziyə uçuşlara qoyulan qadağanın əvvəlki kimi qüvvədə qaldığı bildirilib.

Qeyd edək ki, Türkiyə İraq Kürd Muxtariyyətində keçirilən referendumdan sonra hava sahəsini bağlamışdı.

A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31