PKK-dan Türkiyəyə qarşı hiylə: Sincar oyunu...

Bir müddət əvvəl PKK terror qruplaşmasının İraqın Sincar bölgəsindən çəkilməsi ilə bağlı yayılan xəbərlərin dünya ictimaiyyətini aldatmaq, gözündən pərdə asmaq məqsədi daşıdığı iddia edilib.

Bir müddət əvvəl PKK terror qruplaşmasının İraqın Sincar bölgəsindən çəkilməsi ilə bağlı yayılan xəbərlərin dünya ictimaiyyətini aldatmaq, gözündən pərdə asmaq məqsədi daşıdığı iddia edilib. PKK-nın məqsədi terrorçuların kiçik bir qisminin bölgədən çıxarılmasına nail olmaq və YBŞ adlanan əsas hissənin orada qalmasını təmin etməkdir.

Suriyadakı YPG-nin bənzəri olan YBŞ bununla Türkiyənin İraqa (Sincar) İŞİD-i qorumaq məqsədi ilə daxil olacağı ilə bağlı təbliğat aparacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Sincarı PKK-dan təmizləməyə hazır olduğunu açıqlamışdı.

Bundan sonra PKK Sincarı tərk etməsi ilə bağlı məlumat yayıldı. Axar.az Yeniakit.com.tr-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31