İtkin düşən Türkiyə əsgərlərinin cəsədi tapıldı

Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan iki türk əsgərinin cəsədi tapılıb. Əməliyyat zamanı Türkiyə ordusunun əsgərləri - Kaan Usta və Məhməd Muradoğlu itkin düşmüşdü. Hava şəraitinin əlverişli olmaması səbəbindən onların cəsədləri tapılmamışdı. Türk ordusu Afrində nəzarəti tam ələ keçirəndən sonra sözügedən şəhidlərin cəsədləri tapılıb.

Baş leytenant K. Usta və əsgər M. Muradoğlunun nəşi DNT analizinə göndərildikdən sonra ailələrinə təhvil veriləcək. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31