“Könül İnciləri” təqdim olunacaq

Martın 24 - də Xətai Sənət Mərkəzində  Bakıda böyüyüb boya-başa çatmış gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi  keçiriləcək. Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olub. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlayıb. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri alıb.

Martın 24 - də Xətai Sənət Mərkəzində  Bakıda böyüyüb boya-başa çatmış gənc modelyer rəssam Könül İncinin "Könül İnciləri" adlı fərdi sərgisi  keçiriləcək.

Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olub. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlayıb. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri alıb.

Bakı şəhərində keçirilən bir sıra qrup sərgilərin iştirakçısı olub. Həmçinin, 2016-cı ildə Lider Tv-də yayımlanan "Zövq savaşı" televiziya layihəsində 2-ci yeri tutmuşdur. Modelyer-rəssam hal-hazırda moda evində çalışır. Sərgidə gənc rəssamın 30-a yaxın əsərinin nümayiş olunacağı nəzərdə tutulur. Müxtəlif mövzulara toxunan gənc rəssam yağlı boya, qrafika, sulu boya və.s texnikaları ilə əsərlər yaratmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31