Gündəm

SON DƏQİQƏ: İraq Ordusu Sincarda silahlandı

26 Mart 2018 09:54

İraq ordusu PKK terror təşkilatının qaçdığı Sincar və Sinun qəsəbəsində silanlanıb. Türkiyənin “Zeytun budağı”əməliyyatı  zamanı Afrinin terrorçulardan təmizlənməsindən sonra Ərdoğannın Sincarı hədəf göstərməsi PKK-lıların bölgədən qaçmasına səbəb olub. İraq Birgə Əməliyyatlar Komandirliyinin sözçüsü general-mayor Yahya Rəsul PKK-nın qaçdığı bölgələrdə ağır silahlarla silahlandıqlarını açıqlayıb.

Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi - VİDEO

26 Mart 2018 09:52

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir. İlk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Xəzərdə zəlzələ

26 Mart 2018 09:51

Məsciddə partlayış

26 Mart 2018 09:49

Əfqanıstanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, azı 9 nəfər yaralanıb. Hadisə Herat şəhərində, məscidin girişində baş verib. Məscidə hücum edən iki terrorçu-kamikadzedən biri üzərindəki partlayıcı qurğunu işə salıb, digəri mühafizəçilər tərəfindən məhv edilib.

Bu bölgəyə çəhrayı qar yağdı

26 Mart 2018 09:47

Gürcüstanın Acariya regionunda yerləşən Qoderdzi dağ-xizək istirahət zonasına çəhrayı rəngli qar yağıb. Martın 25-də səhər saatlarında turistlər gördüklərindən təəccübləniblər və hadisə ilə bağlı yerli hakimiyyət orqanlarına müraciət ediblər. Sinoptiklər bildiriblər ki, narahatçılığa əsas yoxdur. Çəhrayı rəngdə qarın yağmasına Şimali Afrika və Yaxın Şərqdə baş vermiş qum qasırğası səbəb olub.

Klub sahibi narkotik alverçisi imiş

25 Mart 2018 15:53

Yunanıstan futbolunda qalmaqallar bitmək bilmir.  PAOK-dan sonra "Olympiacos"un da başı dərddədir. Məsələ burasındadır ki, "Olympiacos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır.

Ronaldu 1000-ə yaxınlaşır

25 Mart 2018 15:51

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu üçün Misirlə yoxlama görüşü əlamətdar olub. Bu matç portuqaliyalı hücumçunun karyerasındakı 900-cü oyunu olub. Ronaldu "Sporting"də (Lissabon) 31, "Manchester United"də 292, "Real"da 429, millidə 148 oyun keçirib.

Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununda

25 Mart 2018 15:49

Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünə daha iki hakim təyinat alıb. Martın 27-də baş tutacaq qarşılaşmada videotəkrara (VAR) baxacaq referilər müəyyənləşib. Belə ki, "Mərdan" stadionunda oynanılacaq görüşdə video köməkçi hakim funksiyasını dünyanın sayılıb-seçilən referilərindən olan Cüneyt Çakır və Hüseyin Göçek yerinə yetirəcəklər. 

8 min avroya satılan konfet!

25 Mart 2018 15:46

Dünyanın ən bahalı konfeti Portuqaliyanın Obiduş şəhərində keçirilən şokolad festivalında nümayiş etdirilib. Bu şirniyyatın qiyməti 7728 avrodur. Portuqaliyalı şirniyyat ustası Daniel Qomeşin hazırladığı konfet romb şəklindədir. Konfetin qiyməti onun inqrediyentlərinə görə bahadır. Bura zəfəran, ağ trüfel, Madaqaskar vanili və s. daxildir.

Azərbaycanda ehtiyat dərsliklər - 2 fənn üzrə hazırlanacaq

25 Mart 2018 15:40

Azərbaycanda ehtiyat dərsliklər I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanacaq. Məlumata görə, Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli sərəncamına əsasən, Təhsil İnstitutu nəzdində yaradılmış Tədris Resursları Mərkəzi tərəfindən ehtiyat dərsliklərin hazırlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Artıq mərkəz tərəfindən mütəxəssislər cəlb edilməklə I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə dərsliklərin hazırlanmasına başlanılıb.

Kataloniya lideri Almaniyada saxlanıldı

25 Mart 2018 15:36

İspaniyanın Kataloniya muxtar vilayətinin mühacirətdə olan sabiq rəhbəri Karles Puçdemon saxlanılıb.

Rusiyada dəhşətli yanğın: 4 uşaq öldü

25 Mart 2018 15:31

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib. Xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada olan 4 uşaq həlak olub.

Ekspert: “Cənub qaz dəhlizi” rəqabətin artmasına səbəb olacaq

25 Mart 2018 15:25

"Cənub qaz dəhlizi" layihəsi həm Azərbaycana, həm də, layihədə iştirak edən digər ölkələrə fayda verəcək. Bu barədə Rusiyanın "Milli Enerji təhlükəsizliyi Fond"nun analitik idarəsinin rəhbəri Aleksandr Paseçnik deyib.

Pakistanda festivalda partlayış: Yaralılar var

25 Mart 2018 15:21

Pakistanın Dera-İsmayıl-Xan şəhərində keçirilən festival zamanı naməlum şəxs səhnəyə əl qumbarası atıb. Bu barədə “Ekspres Tribun” qəzeti məlumat verib.