Klub sahibi narkotik alverçisi imiş
Yunanıstan futbolunda qalmaqallar bitmək bilmir. PAOK-dan sonra "Olympiacos"un da başı dərddədir. Məsələ burasındadır ki, "Olympiacos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır.
25 Mart 2018 15:53 İdmanYunanıstan futbolunda qalmaqallar bitmək bilmir. PAOK-dan sonra "Olympiacos"un da başı dərddədir. Məsələ burasındadır ki, "Olympiacos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır. İngiltərənin "Nottingham Forest" klubunun da sahibi olan Marinakisin 3 nəfərlə birlikdə bu işdə əli olduğu vurğulanıb. Narkotik maddə istehsalında və onların satışında təqsirkar bilinən "Olympiacos"un sahibi istintaqa cəlb olunub. Məhkəmə qərarı açıqlayana qədər onun ölkəni tərk etməsi qadağandı. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31