Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununda
Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünə daha iki hakim təyinat alıb. Martın 27-də baş tutacaq qarşılaşmada videotəkrara (VAR) baxacaq referilər müəyyənləşib. Belə ki, "Mərdan" stadionunda oynanılacaq görüşdə video köməkçi hakim funksiyasını dünyanın sayılıb-seçilən referilərindən olan Cüneyt Çakır və Hüseyin Göçek yerinə yetirəcəklər.
25 Mart 2018 15:49 İdmanAzərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünə daha iki hakim təyinat alıb. Martın 27-də baş tutacaq qarşılaşmada videotəkrara (VAR) baxacaq referilər müəyyənləşib. Belə ki, "Mərdan" stadionunda oynanılacaq görüşdə video köməkçi hakim funksiyasını dünyanın sayılıb-seçilən referilərindən olan Cüneyt Çakır və Hüseyin Göçek yerinə yetirəcəklər.
Qeyd edək ki, martın 27-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək Azərbaycan - Makedoniya oyununu türkiyəli Halis Özkahya idarə edəcək. Goal.az