Gündəm
"Şakro Molodoy" 9 il 10 ay müddətinə azadlıqdan məhrum edildi
"Şakro Molodoy" ləqəbli kriminal avtoritet Zaxariy Kalaşov 9 il 10 ay azadlıqdan məhrum edilib. Müvafiq qərar Moskva şəhər Nikulin rayon məhkəməsində qəbul edilib. Z. Kalaşovun yaxın adamı "İtalyanets" ləqəbli Andrey Koçuykov isə 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs hədə-qorxu ilə tələbetmə cinayətində ittiham olunur.
Azercell Telecom MMC-nin Rəsmi Açıqlaması
“Xocalı dərsi” filmi təqdim olundu
Martın 29 – da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə “ARB Aran” və “Qulp Studio” nun birgə lentə aldığı “Xocalı dərsi” sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, QHT nümayəndələri, media kapitanları və Xocalı sakinləri iştirak ediblər.
"Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar
Martın 29-da Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümünə həsr olunan "Azərbaycan-Çin təhlükəsizlik əməkdaşlığı" mövzusunda elmi seminar keçirilib.
“Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” adlı dəyirmi masa
Martın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası, Xarici ölkələr ədəbiyyatı kafedrası, Azərbaycan ədəbiyyatı kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” və “Beovulf” eposlarında qəhrəmanlıq kodları” adlı dəyirmi masa keçirilib.
“ABŞ bunu edərsə...” – Moskvadan dünyaya çağırış kimi BƏYANAT
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov “Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.
Məşhur serialların rejissoru Bakıya gəlir
Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib. Aprelin 3-də saat 19-00-da Nizami Kino Mərkəzində keçiriləcək seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşəcək, seminarda iştirak edən incəsənət adamlarının suallarına cavablandıracaq.
Aşıq Şəmşirin 125 illik yubileyi qeyd olundu
Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində “Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi musiqili konsert keçirilib. Layihə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Siyavuş Novruzov: “Əgər kim istəyirsə müqavilə bağlayıb, təbliğatını apara bilər"
“Azərbaycanda seçki mühiti seçkilərin tam keçirilməsi üçün cavab verən bir mühitdir. Əgər biz birinci növbədə qanunun aliliyini götürsək görərik ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var və bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə formalaşıb”. Bunu Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Liderlər Pasxaya görə atəşkəs elan etdi
Putin, Merkel, Makron və Poroşenko Pasxa münasibətilə atəşkəs bəyanatı veriblər. Bu barədə Kremldən informasiya yayılıb.
Zaxarovadan diplomatları çıxaran dövlətlərə CAVAB: "Adekvat tədbirlər görüləcək"
Rusiya hökuməti diplomatlarını ölkədən çıxaran dövlətlərə qarşı adekvat tədbirlər görəcək. Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, yaxın vaxtlarda rəsmi Moskva addımlar atacaq: "Bu əks tədbirlər yox, adekvat tədbirlər olacaq. Sürprizi qabaqcadan açıqlamaq olmaz. Yaxın vaxtlarda hamı Rusiyanın addımını görəcək".
“ABŞ-ın bu addımı Rusiyanı soymaqdır, quldurluqdur”
ABŞ-da Rusiya aktivlərinin həbs edilməsi imkanları sadəcə beynəlxalq normalara zidd olan soyğundur. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov söyləyib.
Vəkillərin ixtisas komissiyasının məlumatı
Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi üçün güclü və nüfuzlu vəkillik təsisatının qurulması üzrə görülən tədbirlər çərçivəsində vəkilliyə namizədlərin şəffaf prosedurlar əsasında seçimi davam edir.
Elman Nəsirov: "Seçkilər yaxınlaşdıqca anti-Azərbaycan dairələrin əlində alətə çevrilmiş müxalif ünsürlər fəallaşmağa başlayıb"
Azərbaycanın siyasi həyatında çox mühüm yeri olan prezident seçkiləri yaxınlaşdıqca beynəlxalq aləmdəki anti-Azərbaycan siyasi dairələr, eyni zamanda, onların əlində alətə çevrilmiş üzdəniraq radikal müxalif ünsürlər fəallaşmağa başlayıb.
Seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda İşçi qrupu yaradılıb
Baş prokuror Zakir Qaralov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.














