Məşhur  serialların rejissoru Bakıya gəlir

Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib. Aprelin 3-də saat 19-00-da Nizami Kino Mərkəzində keçiriləcək seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşəcək, seminarda iştirak edən incəsənət adamlarının suallarına cavablandıracaq.

Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün "Cəsur və Gözəl", "Medcezir", "Ufak tefek cinayetler" seriallarının və "Delibal" filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib.

Aprelin 3-də saat 19-00-da Nizami Kino Mərkəzində keçiriləcək seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşəcək, seminarda iştirak edən incəsənət adamlarının suallarına cavablandıracaq.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin binasında yerləşən AF Media İncəsənət məktəbinə qəbul davam edir. İncəsənət Məktəbində tanınmış türk rejissorları tərəfindən aktyorluq dərsləri keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31