Gündəm
İraqda 2 yaşayış məntəqəsi PKK-dan azad edildi
Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında iki yaşayış məntəqəsini PKK terrorçularından azad edib. Qoşunların həyata keçirdiyi əməliyyat nəticəsində Hakkari vilayəti ilə sərhəddə yerləşən Karukr və Kani Raş kəndləri azad edilib. Digər təfərrüatlar barədə məlumat verilmir.
Prezident seçkilərinin nəticələri xalqın iradəsini ifadə edəcək
“Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Bu baxımdan, növbəti prezident seçkilərinin nəticələri də xalqın iradəsini ifadə edəcək”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib. O, bildirib ki, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var: “Mövcud Seçki Məcəlləsi ilə ölkəmizdə demokratik seçkilər keçirmək tam mümkündür.
Rusiya şirkətləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə maraq göstərirlər
İçməli su sektorunda dünyanın unikal qurğulardan sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Rusiya şirkətləri tərəfindən maraqla qarşılanır. “OLAYLAR”-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, kompleksin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə “Rusiya Kommunal Sistemləri” RKS şirkətinin rəhbər və mütəxəssisləri “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.
Zakir Qaralov ATƏT-in müşahidə missiyasının rəhbərini qəbul etdi
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları UNİCEF-in nümayəndə heyətini qəbul edib. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Təfdiş və dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov, Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova iştirak edib. UNİCEF-in nümayəndə heyətini isə qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Sosial Dəyişiklik üzrə Təşviqat Proqramının rəhbəri Elza İbrahimova təmsil edib.
Nəsimi rayonunda “Qələbəyə gedən yol”- 2016-cı il aprel döyüşlərinin ildönümü münasibəti ilə tədbir keçirilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 2016-cı ilin Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə Nizami Kino Mərkəzində “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir.
Oğurluqda şübhəli bilinən yeniyetmə saxlanıb
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 27-də və martın 3-də rayon ərazisindəki 2 mağazadan 180 manat pul və tütün məmulatı oğurlamaqda, 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Avtomobildən maqnitafon oğurlayan tutulub
Oğurluqda şübhəli bilinən Bakı şəhər tutulub. DİN-dən “Olaylar”a verilən nməlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisində “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur İsmayılov saxlanılıb.
Münaqişə zəminində sanatoriyanın qeydiyyatçısını güllələdi
Goranboy rayon sakini həmyerlisini güllə ilə vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 28-də Naftalan şəhərindəki “Sehirli Naftalan” sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirmişdir.
Mənzil oğruları ələ keçiblər
Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a veriolən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.
Bankomatdan pul oğurlayan saxlanıb
Şəmkir rayonunda bankomatdan oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib.
Telefonunuzun enerji ehtiyyatını daha tez azaldan 7 proqram
Əgər bu proqramlardan istifadəni azaltsanız telefonunuzun əslində nə qədər enerji saxlaya biləcəyinə təəccüblənəcəksiniz.
Stilist Anar bu dəfə 60 yaşlı aktrisanın imicini dəyişdi
Stilist Anar Ağakişiyev azərbaycanlı məhşurların imicini dəyişməkdə davam edir. Məlumata görə, imic ustası bu dəfə əməkdar artist Nübar Novruzovanın imicini dəyişib. 60 yaşlı aktrisanın yeni görünüşü sosial şəbəkədə maraqla qarşılanıb.
Qərbdən açıq təhdid: Putinin planı alınmadı
Vladimir Putinin siyasəti seçkidən sonra daha aydın və başadüşülən ola bilər. Bu iddia ilə İsveçin keçmiş xarici işlər naziri Karl Bildt çıxış edib. “Putin Rusiya iqtisadiyyatının indiki göstəricilərini Donbasda müharibəni bitirmədən və Qərblə yaxınlaşmadan yüksəldə bilməyəcək.
Dəhşətli yanğınla bağlı şok fakt: Zalın qapısı niyə bağlandı?
Kemerovoda “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın zamanı kino zallarından birində izləyicilərdən biri qapını bağlayaraq içəridəkilərin ölümünə səbəb olub.


.jpg)











